Xəbərlər
9.11.2023, 01:17
TBF prezidenti: Türkdilli dövlətlərin idman sahəsindəki işbirliyini daha da gücləndirmək niyyətindəyik
Belə bir turnirin qardaş ölkədə keçirilməsi çox qürurvericidir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Badminton Federasiyasının (TBF) prezidenti Ərcan Yıldız Türkdilli Dövlətlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq badminton turnirində Azərbaycan Badminton Federasiyası (ABF) ilə imzalanan əməkdaşlıq memorandumu barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şamaxıda keçirilən bu yarışda təşkilatçılıq yüksək səviyyədə idi: “Azərbaycan Badminton Federasiyası və Gənclər və İdman Nazirliyinə türkdilli dövlətləri bir araya gətirdiyi üçün öz təşəkkürümü bildirirəm. Bu turnir idmançılarımızın təcrübələsinin artmasına vəsilə oldu".
TBF rəsmisi badminton vasitəsilə Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığı gücləndirmək istədiklərini vurğulayıb: "Bu memorandum iki ölkə badmintonunun beynəlxalq arenada layiq olduğu yerlərə yüksəlməsinə kömək edəcək. Hazırda türkdilli dövlətlərin idman sahəsindəki işbirliyini daha da gücləndirmək niyyətindəyik".

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay