TALE ÖZÜ BİR İMTAHANDIR - FOTO
TALE ÖZÜ BİR İMTAHANDIR

Müstəqil Azərbaycanın oğul balası Sərvan orta məktəbi bitirir və həmin ili Ali təhsil almaq üçün unuveristetə daxil olur, amma təhsil ödənişli olduğu üçün ailənin maddi imkanı buna yol vermir. Anası deyir oğlum bir tərəfdən Atanın vaxtsız vəfatı, digər tərəfdən Ali təhsil məsələsi çox fikir etmə, özün də tarixçi olmaq istəyirsən bir azda hazırlaş, bəxtini bir də sına! İNŞALLAH! Bu dəfə arzuna çatarsan! Oğlum, biraz səbirli ol, reallıqla barışmaq lazımdır. Sərvan isə anasına belə cavab verir: Ana mən Vətənin borcunu verməyə, əsgərliyə hərbi xidmətə gedirəm. Torpaqlarımız işğal altındadır, Vətənimiz dardadır! Ana xeyir-duasını verib deyir: - get oğlum, uğurun xeyir olsun! Bu gündən sən təkcə mənim yox, Vətənin – Azərbaycanın oğlusan!
Artıq bir neçə aydır ki, əsgər Sərvan xidmət edir Anaya minnətdarlıqla və təşəkkür məktubları gəlir. Hətta komandanlıq bildirir ki, oğlunuz təlimata uyğun nümunəvi hərbi xidmət etdiyi üçün çavuş rütbəsinə layiq görülüb.
Aylar ötür il keçir Sərvanın ordudan tərxis olunmasına 45 gün qalır. Sərvan anasına belə bir məktub yazır Salam! Mənim tale yollarımın əzab-əziyyətini çəkən zəhmətkeş, əziz mehriban anam bilirəm çox darıxırsan, Darıxma Ana!
Haqqını mənə halal et Ana!Cəmi 45 gün qalıb, yox Ana məktubu axşam yazmışam bir gün də belə getdi

44 gün qaldı – 44 gün ANA...
Ananın gözləri 44 gün yox,
İki aydır yol çəkirdi.
Başqa dərdi yox idi,
Sərvan dərdi idi dərdi.
Həvəskar tarixçiyə,
Ordu çavuşuna
Zaman əsl tarixi,
Yazdı aldı ağuşuna.
Başlandı müharibə!
Gözün aydın Azərbaycan!
27 sentyabr 2020-ci il səhər saat altı
Tərtərimin başını
Qara buludlar aldı.

Bu məlumatdan, bu tarixdən sonra Anaya hər şey günəş kimi aydın idi. O, hər gün televizorun qarşısında əyləşib oğlundan xəbər gözləyir.
Bizim ordu irəlilədikcə, işğal olunmuş əraziləri düşməndən azad etdikcə Ananın sevincinin həddi hüdudu olmurdu.Ana dua edir, şəhidlərə rəhmət diləyir, qazilərə can sağlığı, Azərbaycan ordusuna itkisiz qələbə ordunun, oğlunun sağ-salamat olmasını ulu tanrıdan istəyir.
2 həftədir ki, cəbhədə qızğın döyüşlər gedir. Cauş Sərvanın manqası döyüşlərdə hər gün qələbə əzmi şücaət dolu bir tarix yazır. Bir gün döyüşdən qayıdarkən sol cinahdan komandirinin yanına gəlib məruzə etmək istədikdə görür ki, Erməni dığası qarşı tərəfdən Avtomat silahla komandiri hədəfə alıb, bir anda komandiri itələyib səngərə salır. Açılan atəş isə Sərvanın sol qıçının dizdən yuxarı hissəsin dağıdır. Komandirin göstərişinə əsasən Sərvanı təcili olaraq hərbi hospitala çatdırılır. Yaralını hospitalda növbətçi tibb bacısı gənc zabitəli Gizir Heyran xanım qarşılayır. Vaxt itirmədən cərrahiyyə otağına aparılır. Həkim heyəti belə qərara gəlir ki, sol qıç dizdən yuxarı amputasiya olunsun. Danışma qabiliyyəti itib, müalicədən sonra bərpa oluna bilər. Aparılan əməliyyat uğurla həyata keçirilir.
Baş həkim, cərrah Heyran xanıma xüsusi göstəriş verir və deyir: Gizir Sərvanı ciddi nəzarətdə saxla, dilinin açılmasında böyük qayğı göstər!

Beləliklə cəbhədə döyüşlər gedir,
Hospitalda müalicə davam edir.
Sərvan danışmayır, dinməyir,
Kəskin ağrıların Heyrana bildirməyir.
Heyransa – Sərvana belə söyləyir,
Sərvanım başınla, qaşınla gözünlə danış.
Cəhd elə həyat eşqinə 1 az da alış,
1 dəfə görməklə vuruldum sənə.
Qəhrəman qazini sevməyi öyrətdin mənə
O gözlərinə vuruldum,
Heç vaxt demərəm ki, sənə
Qayğı və qulluq göstərməkdən yoruldum.
Atalardan qalma bir məsəl də var,
Deyirlər 2 göz 2 gözə baxar.
Başqasına baxarsan əgər,
Göydən yerə ildırım çaxar.
Yeri də, göyü də yandırıb yaxar.
Lal baxışlar özü deyir sev məni,
Danışarsan sözün deyər sev məni.

8 noyabr Zəfər günü Sərvanın dili açılır. Birinci anası ilə danışır. Ana mən yaxşıyam. Sənə demişdim 44 gün yadındamı?...
Artıq əsl 44 gün tamam oldu. Qələbə bizimdir. Qarabağ Azərbaycandır. Tezliklə gəlirəm nişan mərasiminə xonçaları hazırla.

Hərbiçi gənclər elə sevin!
Dağlar, daşlar titrəsin, təbiət çiçəklənsin,
O,sevgidən ibrətamiz bir ailə qurulsun.
O, ailənin şöhrəti dillərdə dastan olsun
Pis niyyətdən bəd duadan həmişə uzaq olsun
Bəd nəzərlər bu sevgini görməsin,
Heç vaxt bir-birinizə məhəbbətiniz sönməsin!
Sevginin sonu qətiyyən ayrılıqla bitməsin!
İnanın dostlar, saf məhəbbər qalib gələcək
Sevən ailə xoşbəxtliyə doğru gedəcək
Sərvan və Heyran özləri təsdiq edəcək!

Artıq Hərbiçilər: Qazi Sərvan və Gizir Heyran xoşbəxt bir ailədirlər. Ailədə 1 yaşında Vətənpərvər oğul böyüyür. Balamızın adı – Qələbə!-dir
8 noyabr 2023-cü il – Azərbaycan!Zəfər günün Mübarək!Qələbəmiz Mübarək! Gələcəyin əsgəri – Qələbə qədəmlərin Mübarək!

TALE ÖZÜ BİR İMTAHANDIR - FOTO
TALE ÖZÜ BİR İMTAHANDIR - FOTO

Son xəbərlər

Nicat Novruzoğlu : Həsrəti gözəl olsun.. - FOTO

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930