Yurda  qayıdış

Vaxtı ilə bayramlarda, xoş günlərdə xalq olaraq ən ümdə arzumuz işğal altında olan torpaqlarımızda bayram sevincini yaşa bilmək idi. Xalqımızın döyüş əzminə, cəsarətinə inanan hər kəs bir gün zəfər qazanacağımıza,doğma yurd-yuvamıza qayıdacağımıza əmin idi. Uzaqgörən siyasətçi, rasionsal strateq, Ali Baş Komandan vəzifəsini tam məsuıliyyətlə yerinə yetirdi və inamını itirmədi.Eynilə də xalq öz prezidentinə, Ali Baş Komandanına inanaraq bu amalla yaşadı, səbir etdi, Cənab İlham Əliyevin təbirincə desək, lazım olan zamanı gözlədi və ən sonunda o gün yetişdi. 44 günlük müharibədən sonra torpaqlarımız azad oldu. Atrıq zəfər bizimlə idi.

Ali Baş Komandan nəyi nə zaman edəcəyini bilərək 1 günlük antiterror əməlliyatı ilə zəfərimizi tamamladı. Düzdü, bu zəfər asanlıqla, itkilərsiz olmadı. İgid oğullarımız qanları, canları bahasına bu zəfəri bizə bəxş etdilər. Borcu ödənməz Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyir, qazilərimizə vətən yolunda fəda etdikləri sağlıqlarına qovuşmalarını arzulayırıq.
Yurda  qayıdış

Bəli,artıq yurda qayıdış vaxtı yetişib.Qarabağa, Zəngəzura qayıdırıq...Bu qayıdışın isə baş memarı Qarabağı 44 günə "dəmir yumruq" əməliyyatı ilə azad edən Müzəffər Komandan İlham Əliyevdir.Böyük qürurla, hədsiz sevinc hissi ilə, Şəhidlərimizə,Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuza sonsuz minnətdarlıq hissi ilə 29 illik həsrətdən sonra doğma yurdumuza, obamıza dönürük.
Mənfur qonşuların təcavüzündən qaçıb məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın 29 illik nisgilinə son qoyulur,yurd həsrətinin ağırsı, acısı sevinc göz yaşları ilə əvəz olunur. Ömür payımıza düşən bu əzəmətli günlər tariximizin parlaq səhifəlırindəndir.
Tarixinin ən şanlı dövrlərindən birini yaşayan Azərbaycan xalqnın Böyük qayıdışı 2017-ci il iyulun 14-də soydaşlarımızın Cocuq Mərcanlı kəndinə öz yurd-yuvalarına dönüşü ilə başladı.Bu qayıdış digər məcburi köçkünlərin də nə zamansa geri dönə bilmək ümidlərini artırdı. Bu tarixi hadisə zamanı Prezident İlham Əliyevin söylədiyi: "Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq"bəyanatı Azərbaycan xalqının qələbəyə əzmini daha da alovlandırdı və Aprel döyüşlərində ağır zərbə alan düşmənin canına vəlvələ saldı.
Beləliklədə,Cocuq Mərcanlı erməni işğalında qalan Qarabağ torpaqlarına aparan zəfər yolunun başlanğıcı, Şuşaya, Ağdama, Zəngilana, Füzuliyə, Qubadlıya, Laçına, Kəlbəcərə və digər əsir torpaqlarımıza doğru açılan ümid qapısı oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuzun Aprel döyüşlərindəki uğuru 44 günlük Vətən müharibəsindəki qələbəni təmin etdi, böyük Zəfərin təməl daşı oldu. Şərəfli qələbədən sonra Azərbaycan dövləti yalnız öz iqtisadi imkanları ilə əsarətdən qurtarılmış Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmağa başladı. Düşmən öz xislətinə sadiq qalaraq 30 il ərzində bu torpaqlarda daşı-daş üstündə qoymamış, əsl barbarlıq nümunəsi ortaya qoymuşdu. Bunu bütün dünya gördü, əlbəttə görmək istədiyi qədər.
Düşmənin 30 ildə xarabalığa çevirdiyi torpaqlarımızda həyata keçirilən layihələr Azərbaycanın qüdrətinin göstəricisi olaraq onu deməyə əsas verir ki, yaxın zamanda Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözoxşayan güşəlırindən birinə çevriləcək.. Zamanla məcbur köçkün həyatı yaşamağa məcbur olmuş soydaşlarımız da həsrət qaldıqları yurd-yuvalarına dönəcəklər .
Yurda  qayıdış

Böyük qayıdış iyulun 19-da Zəngilanın 40-dan çox ailənin sevinc hissi ilə doğma yurdlarına,Ağalı kəndinə qovuşması ilə davam etdi və bu prosesin daha sürətlə reallaşdırılmasına təkan verdi. Pilot layihə olan "Ağıllı kənd" layihəsinin də ilk nümunəsi Ağalı kəndində həyata keçirildi.
Ölkələrin müharibə sonrası təcrübəsinə diqqət etdikdə görə bilərik ki, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr, sözün əsl mənasında, ən genişmiqyaslı layihələrdir. Bu layihələrin daha biri özəlliyi ondadır ki, bütün proqramlar dövlət büdcəsindən ayrılmış vəsait hesabına heç bir yerdən yardım alınmadan reallaşıdırılır.
Bir güllə belə atılmayaraq hərbi-diplomatik uğur nəticəsində azad edilən Laçındə hərtərəfli quruculuq işləri aparılır. 30 illik həsrətdən sonra lançınlılar bu il may ayının 27-də öz doğma yurd-yuvalarına qayıdıblar. Laçın özhəqiqi doğma sakinlərinə qucaq açır. Onlar yaddaşlarındakı Laçının müasir görünüşünə heyran qalıblar. Gün keçdikcə daha da gözəlləşən,abadlaşan,müasirləşən Laçın daha çox sakinini qəbul edir.
Artıq işğalçılardan azad edilmiş elə bir ərazimiz yoxdur ki, orada bu və ya digər formada abadlıq-quruculuqişləri aparılmasın. Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə ən yüksək şəraiti yaradaraq soydaşlarımızın uzun illərdən bəri xəyalını qurduqları arzularını, istəklərini reallığa çevrir.Bu günlər bütün Azərbaycan xalqının, xüsusilə də , illərdən bəri çətinliklər içində köçkünlük həyatı yaşayanların üzü gülür, ürəyi açılır, sevincdən gözləri yaşarır. 30 ildən sonra doğma ocaqlarına qayıdan soydaşlarımlz ömürlərinin yeni, ən gözəl çağlarına qədəm qoyurlar.
Böyük qürur hissi ilə deyə bilırik ki, bu gün tarixi Qələbə ovqatında Zəfər yürüşü -Böyük qayıdış davam edir.Bu günlərdə onlarla ailə 30 illik həsrətdən sonra doğma yurdlarına-Füzuliyə qovuşdu. İşğaldan azad olunmuş torpaqlarımıza atılan hər addım tarixin yaddaşına əbədi həkk olunur.Vəhşicısinə talan edilmiş, dağıdılmış ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması,quruculuq işlərinin aparılması müzəffər xalq kimi qayıdışımızı, yaradıcı xalq kimi quruculuğumuzu nümayiş etdirir. Şuşa , Ağdam Kəlbəcər, Cəbrayıl, Qubadlı, Xocalı, Ağdərə,Xankəndi də keçmişinə qayıdacaq.Bu torpaqlar öz doğma, əsl sakinlərinə, yurdlarına həsrət qalmış yurddaşlarımızı öz doğma ocaqlarına qovuşacaq.
Dövlət , xalq olaraq qarşımızda duran növbəti vəzifə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz yurdlarına geri dönüşünü təmin etməkdir.Bu səhədə də bir çox addımlar atılır. Türk elinin sözü Qərbi Azərbaycana qayıdış məsələsində bir olmalıdır ki, Ermənistanın ədalətsiz mövqeyini sındıra bilsin. Azərbaycan prezidenti Qarabağı tərk etmiş ermənilərin Qarabağa qayıdışına təminat versə də, Ermənistanın Baş Naziri Nikol Paşinyan dünyanın gözü önündə özlərinin tarixi torpaqları olan dədə-baba yurdundan qovulmuş azərbaycanlılara vətənlərinə dönməyinə əngəl yaradılır.
Əgər Ermənistan yaxşı qonşuluq münasibətləri qurmaq istəyirsə, Azərbaycanın ərzi bütövlüyünü tanımaqla yanaşı, Ermənistan mütləq şəkildə azərbaycanlıların Göyçə və Zəngəzurda yaşama haqqlarını tanımalıdır. Ermənilər bilməlidirlər ki, artıq 90-cı illər deyil. İndiki Azərbaycan xalqı və rəhbəri yumruq kimi birləşib azərbaycanlıların haqları uğrunda mübarizəyə hazırdılar.
Bəli, bu gün Qarabağa, işğaldan azad olunmuş ərazilırimizə doğru yönələn «Böyük qayıdış» doğma yurdlarından qovulmuş soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə davam edəcək .

ADPU-nun nəzdində
Azərbaycan Dövlət Pedoqoji
Kollecinin müəllimi
Qasımova Tənzilə

Son xəbərlər

“Belarus Ukraynanın bərpasında iştiraka hazırdır”

“Hərbi gücümüz ildən-ilə artacaq”

“Dayandırın bu təhlükəli oyunları!” - Dağıntılar arasında xəbərdarlıq

“Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”

Ukraynada daha bir azərbaycanlı həlak oldu - Fotolar

“Mənim telefonum bağlıdır” - Santuş

Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər

Yutubdan yenilik

Bakıda qətlə yetirilən məktəblinin FOTOSU

Hava Limanı yolunda sürət həddi endirildi

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

UEFA Avropa Liqası: Liqa mərhələsində II turun qarşılaşmaları keçirilib

"Taş kağıt makas" reytinq qurbanı OLDU

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Münəvvərin qalmaqallı qətli yenidən gündəmdə - Məzarda kəfən yoxdur

"Malmö"nün baş məşqçisi: "Qarabağ" güclü komandadır"

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

“Malmö”nün baş məşqçisi: Layiqli qələbə qazandıq

Avropa Liqası: “Qarabağ” “Malmö”yə məğlub olub - YENİLƏNİB-6 - FOTOLAR

22 yaşın mübarək - Məhəmməd! - FOTO

İsrail İranın nüfuzlu şəxslərini vuracaq - FT

Cəbrayılda “Prestij-Kimya” MMC-nin təməli qoyuldu

Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir

Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib

Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib

Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031