Bu jurnalistlər deputat seçilmək şansı qazanıblar (SİYAHI)
9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün seçki marafonuna qoşulan daha iki jurnalistin namizədliyi qeydə alınıb.

Turaztv.az modern.az-a istinadən xəbər verir ki, Qənirə Paşayevanın namizədliyi 105 saylı Tovuz Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Bu barədə açıqlama verən Q.Paşayeva bildirib ki, artıq qeydə alınmış namizəd kimi növbəti mərhələ üçün hazırlaşır.

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun da namizədliyi qeydə alınıb. Bu barədə sosial şəbəkə hesabanında paylaşım edən Rauf Arifoğlu əməyi keçənlərə təşəkkür edib.

"Kaspi" qəzetinin jurnalisti Rufik İsmayılovun namizədliyi 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb. R.İsmayılov "Facebook" profilində daha bir mərhələni uğurla keçdiyini yazıb:

"Namizədliyimin təsdiqlənməsi üçün mənə imza verən, mənəvi dəstək olan, xeyir-duasını əsirgəməyən bütün goranboylulara, o cümlədən şəxsimə qarşı yalnız hörmət gördüyüm DSK üzvlərinə dərin minnətdarlığımı bildirirəm. İndi növbəti mərhələləri uğurla başa vurmaq üçün çalışmaq gərəkdir. Hər bir halda Vətənə, dövlətə, xalqa, millətə xeyirli-uğurlu olsun! Digər namizədlərə də uğurlar arzulayıram!".

Jurnalist Zaur Əhmədin namizədliyi isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən təsdiqlənib. Zaur Əhməd sosial şəbəkə hesabında qeyd edib ki, mübarizənin daha bir mərhələsini başa vurub:

"Bu prosesdə dəstək olan dostlara, qohumlara, hətta tanımadığım insanlara, mənə dəstək verən keçmiş döyüşçülərə, qazilərə, Cəbrayılın ağsaqqallarına təşəkkür edirəm. Onlar bu günə kimi haqqın, ədalətin, millətin yanında olduğumu əsas gətirərək mənə dəstək olacaqlarını bəyan etdilər. Hər qapıda, hər evdə şəhid övladı olduğumu biləndə daha sıcaq münasibət göstərdilər, şəhid əmanətinə sahib çıxacaqlarını açıq şəkildə göstərdilər. Qürur duydum millətimlə, camaatımla. İmza verən, yanımda olduğunu deyən hər kəs var olsun... Yolumuz haqq yoludur. Bu dəfə Milli Məclisdə xalqdan biri olacaq. Onların səsi, vəkili olmaq üçün əlimdən gələni etməyə hazıram".

Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd olub.

"Dostlar, çətin bir yola çıxmışam, bilirəm. Amma sona qədər gedəcəm. İnşallah, qismətimdə varsa, hər şey yaxşı olacaq. İstəyən dostların duaları, sevimli yerlilərimin dəstəyi , Allahın köməkliyi ilə bu missiyanın öhdəsindən gəlməyə çalışacam. Təbrik etmək istəyənlər etsin, etməyənlərin canı sağ olsun",- deyə L.Ələşrəfqızı bildirib.

Namizədliyi qeydə alınanlardan biri də jurnalist Kəramət Böyükçöldür. Kəramət Böyükçöl 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd olub.

Jurnalist Tural Turanın da növbədənkənar parlament seçkisində namizədliyi qeydə alınıb. Tural Turanın namizədliyi 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasın tərəfindən təsdiqlənib.

Son xəbərlər

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

İlk çıxışında belə çağırış etdi

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031