Qarabağdan gətirdiyimiz əmanət - "Qarabağ"
Qarabağdan gətirdiyimiz əmanət - "Qarabağ"

Qarabağda Sovetlər birliyi dönəmində keçmiş Dağlıq Qarabağda yaşayan azərbaycanlıların doğma dilində mətbu orqanı olmadığı halda, Xankəndi şəhərində erməni dilində bir neçə qəzet və jurnal nəşr olunurdu. Məhz buna görə də "Qarabağ" ın yaranması bir zərurət idi. 1990 - cı ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin mətbu orqanı "Qarabağ" adlı qəzetin təsis edilməsi haqqında qərar qəbul etdi. Həmin ilin iyul ayının 1-də Xankəndi şəhərində nəşrə başlayan" Qarabağ"qəzetinin müxbir postları da Şuşa, Ağdam, Fizuli, Xocavənd , Xocalı, Ağdərə rayonlarında fəaliyyət göstərirdi. Baş verən erməni təxribatları, terror hadisələri, işğalın gətirdiyi fəlakətlər, bir milyon insanlarımızın yurd itkisi , didərginlik, Qaradağlı, Meşəli, Ağdaban, Başlıbel faciələri və xalqımızın digər məşəqqətli günlərinin ağrılı yazıları hamısı "Qarabağ" qəzetinin içindən keçdi... "Qarabağ" 27 fevral 1992 - ci il tarixli sayında Xocalıda baş vermiş dəhşətli hadisələri (faciənin səhəri gün) "Xocalıda soyqırımı törədildi" başlıqlı xəbəri 40 min tirajla Azərbaycana yaydı. İlk sayından "Qarabağ" xalqımızın döyünən ürəyinə çevrildi. Nəşrə başladığı gündən haqqın, ədalətin yanında oldu. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin pozulan hüquqlarının bərpa edilməsi üçün sözün səngərinə çevrildi. Qədim yurd yerlərimizin adət - ənənəsindən, bütün coğrafiyasından, təbiətindən maraqlı məlumatları oxucularına çatdırırdı. Qarabağda Ermənistanın başlatdığı münaqişə dəhşətli bir müharibəyə çevriləndə, dədə - baba yurdlarımız işğal olunanda qana boyanan torpaqlarımızda olanları, müharibənin vurduğu zərbəni əməkdaşlarımız öz həyatlarında da hiss etdilər. Baş redaktorun müavini Salman Alıoğlunun qardaşı şəhid oldu , mənim üç qardaşım döyüşlərdə ağır yaralar aldılar. Digər əməkdaşlarımızın da yaxınlarından şəhid, itkin, əlil olanlar çox oldu. Biz o ağır illərdə hər gün səngərlərdə olur, barıt qan qoxulu xəbərləri çatdırırdıq. "Qarabağ" ın səhifələri qan ağlayırdı, həm də ilk informasiya mənbəyi kimi müharibənin salnaməsini yaradırdı.
Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin xalqımızın mənafelərinə zidd addımlarını nəzərə alan qəzetin yaradıcı kollektivi 1991 - ci ilin noyabr ayında Təşkilatın orqanı olmaqdan imtina etdi , yəni dövlət himayəsindən məhrum olduq. Lakin bütün çətinliklərə baxmayaraq müstəqil qəzet kimi fəaliyyətimizi bugünədək davam etdiririk.
33 il bütün çətinliklərə baxmayaraq Qarabağın dərdi hopmuş, qan, barıt qoxulu qəzeti yaşadan mərd, cəsarətli, vətənpərvər həmkarlarım bir gün olsun müxbir postlarımızın azad olunduğu günə inamını itirmədi... 33 yaşlı "Qarabağ" xalqımızın, qarabağlıların taleyidir, desək yanılmarıq.
Biz bu qəzeti Qarabağdan Bakıya əmanət, köçkün bir qəzet kimi gətirdik, amma fəxrlə deyə bilərik ki , bir gün geriyə Milli Mətbuatımızın adına layiq, reketçilikdən , küçə dedi - qodularından, sarı mətbuatdan kənar, əsl mətbu orqanın işçiləri kimi dönəcəyik. Biz hansısa qazidən, şəhid ailəsindən bir barmaq yazı yazanda 5 - 10 manat pul qoparıb özünə ağızdolusu vətənpərvər deyən " jurnalistlər "dən olmadıq. Biz sifarişli, pullu yazılara meyl etmədik. Ləyaqətliləri seçdik, ləyaqətlə də öz peşə borcumuzu yerinə yetirdik. Böyük, peşəkar bir kollektiv bu qəzetdə can qoyub.Burada işləyənlərin əksəriyyəti qəzetçilik ənənəsini bilən, qələmli söz adamları olub. Lakin bir kərə uyğunsuz birinə də mərhəmət göstərib aramıza aldıq, ayağına çarıq, ağzına çörək verdik, o da qarnı doyan kimi qəzetimizə, kollektivimizə xəyanət etdi. Görünür, qəzetimizin bəxtində çörəyi dizinin üstündə, nankor ermənilərlə bərabər, azərbaycanlı pasportu daşıyıb eynən paxıl, xain erməni xislətliləri görmək də varmış... Amma od - alovdan , əsgər şinelindən keçən əməkdaşlarımız qarşılarına çıxan alaq otlarını həmişə əzib keçmişlər. İndi Qələbə ruhuna köklənmiş "Qarabağ" daha mühüm işlərin başındadır...
Qəzet 44 günlük Vətən müharibəsində qazanılan qələbələri öz səhifələrində geniş işıqlandırır, ərazilərimizin bütövlüyünü xalqımızla birlikdə qürur hissi ilə bayram edir. Buna görə Şəhidlərimizin ruhu qarşısında baş əyirik, Qazilərimizə Allahdan şəfa, Qüdrətli sərkərdəmiz İlham Əliyevlə can sağlığı, güc, qüvvət diləyirik. 33 il ərzində çoxsaylı oxucularımızla bərabər ən böyük arzumuz "Qarabağ" qəzetinin gəldiyi müxbir postlarına, ilk nəşr olunduğu Xankəndiyə qayıtmasıdır. Müzəffər Ali Baş Komandanımızın Xankəndidə üçrəngli bayrağımızı ucaltması bizə sonsuz sevinc, fəxarət hissi yaşatmaqla bərabər , həm də bir ümid verdi. Biz Qarabağdan gətirdiyimiz əmanəti öz məkanına qovuşduracağıq...

Zəkurə Quliyeva,
"Qarabağ" qəzetinin redaktoru

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31