Prezident İlham Əliyevin xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün istinad mənbəyidir ŞƏRH
2003-cü il oktyabrın 15-dən etibarən Prezident İlham Əliyevin Azərbaycanın regional və qlobal müstəvidə mövqelərinin möhkəmləndirilməsi, tərəfdaş və müttəfiqlərinin sayının artırılması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli aktorlarından birinə çevrilməsi istiqamətində həyata keçirdiyi və yalnız milli maraqlara söykənən xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün istinad mənbəyidir.

Bunu siyasi ekspert Elçin Mirzəbəyli AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızın təmin edilməsindən sonra, təkcə Cənubi Qafqazda deyil, Ön Asiyada və uzaq təsir arealı baxımından Avrasiyadakı reallıqların tamamilə dəyişməsi fonunda 20 il öncəyə nəzər salmaq, proseslərin inkişaf xronologiyasını sadalamaq kifayət qədər asandır. Bu, ən yaxşı halda bir neçə saatlıq vaxt tələb edə bilər. Lakin “birqütblü dünya fenomeni”nin süquta uğramaqda olduğu, yenisinin isə formalaşmadığı, beynəlxalq hüququn norma və prinsiplərindən doğan qlobal təhlükəsizlik mexanizmlərinin sıradan çıxarıldığı, güc amilinin bütün digər amilləri üstələdiyi, olduqca mürəkkəb, ziddiyyətli, xaotik, bəzən isə anlaşılmaz beynəlxalq münasibətlər sistemi çərçivəsində Azərbaycan liderinin ölkənin milli maraqlarından bir millimetr də olsa geri çəkilmədən, güzəştsiz, qətiyyətli və cəsarətli bir mövqe sərgilədiyi önə çıxarılarsa, geridə qalan zaman kəsiyinin hər saatında, hər anında nə qədər iti və çevik zəkanın, böyük zəhmətin və sonsuz fədakarlığın dayandığını söyləmək mümkündür.
Prezident İlham Əliyevin xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün istinad mənbəyidir ŞƏRH

“Hətta Azərbaycana qarşı ən kəskin, qərəzli mövqedə dayanan qlobal media resurslarının analitikləri belə Prezident İlham Əliyevin geosiyasi proseslərin inkişaf istiqamətini və dinamikasını proqnozlaşdırmaq, dəqiq təhlil etmək, düzgün nəticə çıxarmaq, mövqe seçmək məharətindən heyrətə gəldiklərini bildirir. Onlar ənənəvi olaraq ən önəmli məqamı ifadə edə, keçilən yolun mahiyyətini gün işığına çıxara biləcək vacib sualların cavabını açıq saxlayırlar. Suallar isə belədir: Necə oldu ki, İlham Əliyev eyni vaxtda Ermənistan istisna olmaqla, MBD üzvü olan bütün ölkələrlə, o cümlədən Rusiya, çağdaş geosiyasi konfiqurasiyada özünəməxsus yeri olan Çinlə, tamamilə əks qütbdə dayanan ABŞ və Avropa İttifaqı, ziddiyyətli və dost olmayan münasibətlərə malik İran və ərəb ölkələri, hətta İsraillə əməkdaşlıq münasibətləri qura bildi?
Necə oldu ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün enerji layihələri Avropanın enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrildiyi halda, köhnə qitə üçün uzun illər boyu əsas enerji mənbəyi olan Rusiyanı atılan addımların onun əleyhinə yönəlmədiyinə inandırmağı və hətta sözügedən istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığa nail olmağı bacardı?
Necə oldu ki, İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünü, hətta təsisatın aparıcı, ideya və istiqamətverici subyektinə çevirməyi, eyni zamanda, həm NATO-nun ikinci hərbi gücü olan Türkiyə, həm də Şimali Atlantika Alyansı ilə, yumşaq desək, rəqabətdə olan qütbün – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KRMT) dominant ölkəsi Rusiya ilə qarşılıqlı münasibətləri bütün istiqamətlərdə, o cümlədən hərbi müstəvidə strateji müttəfiqlik müstəvisinə yüksəldə bildi? Necə oldu ki... Bu sualların sayı o qədər çoxdur ki, hər birinin cavabı üçün geridə qalan 20 ilin, az qala hər saatının ən incə detallarına kimi təhlil olunmasına ehtiyac duyulur”, - deyə E.Mirzəbəyli vurğulayıb.
Prezident İlham Əliyevin xarici siyasət kursu azərbaycanlılar üçün qürur, araşdırmaçılar üçün istinad mənbəyidir ŞƏRH

Siyasi ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin xarici siyasətdə yaratdığı özünəməxsus və təkrarsız nümunənin bütün komponentləri, əslində vahid bir strategiyanın tərkib hissəsidir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində atılan addımlar, sadəcə ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə xidmət etməyib. Bütün bu layihələr ölkəmizin regional və qlobal miqyasda nüfuzunun artırılmasına və real təsir imkanlarına malik “yumşaq güc” amilinin formalaşdırılmasına xidmət edib. Bununla paralel olaraq, Azərbaycan Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələrlə də strateji tərəfdaşlıq haqqında müvafiq razılaşmalar imzalamaqla, öz mövqelərinin köhnə qitədə həm də ikitərəfli münasibətlər kontekstində möhkəmləndirilməsinə nail olub.
Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərlə münasibətlərinə nəzər salan E.Mirzəbəyli qeyd edib: “Təsəvvür edin, vaxtilə ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistan KTMT-nin üzvü olduğu halda, sözügedən təsisatın digər üzvləri Azərbaycanla münasibətlərini ən yüksək səviyyədə qoruyub saxlayır, hətta ölkəmizin təmsil olunmadığı bu təşkilatda bizim ədalətli mövqeyimizi müdafiə edirdilər. Azərbaycanın Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla qurduğu yüksək səviyyəli ikitərəfli münasibətlər KTMR-də Ermənistanın əlini-qolunu bağlamış, manevr imkanlarını minimuma endirmişdi. Həm də bu səbəbdən, rəsmi İrəvanın istər Tovuz döyüşləri, istər 44 günlük müharibə, istərsə də postmüharibə dövründə KTMT-ni qarşıdurmaya cəlb etmək niyyəti tamamilə iflasa uğradı və əks reaksiyaya səbəb oldu. İndi, vaxtilə Azərbaycanın Belarus, Tacikistan və KTM üzvü olan digər ölkələrlə qarşılıqlı əlaqələri üzərindən öz məhdud dünyagörüşlərinə uyğun mülahizələr yürüdənlər, yekun nəticəni göz önündən keçirib yanlış hesablamalarının fərqinə vara bilərlər.
Yaxud Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünü və bu hərəkat çərçivəsində atdığı addımları öz bəsit baxış bucaqlarının süzgəcindən keçirənlər, dünyanın BMT-dən sonra ikinci ən böyük təşkilatının ölkəmizə qarşı “səlib yürüşü” təşkil etməyə çalışanların planlarını necə pozduğunu yada salıb, əgər bacarsalar, utana bilərlər”.
Siyasi ekspertin sözlərinə görə, dövlətimizin başçısının xarici siyasətdəki bütün uğurlarının əsas sirri onun istisnasız olaraq, Azərbaycan xalqının milli maraqlarından çıxış etməsidir. O, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, maraqlarının qorunması, mövqelərinin möhkəmləndirilməsi üçün, uzun illər boyu fasiləsiz və gərgin proqramla çalışdığı, saysız-hesabsız görüşlər keçirdiyi, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün bütün imkanlardan yararlanmağı bacardığı kimi, yenə də lideri olduğu xalqın və dövlətin mənafeyi naminə imtina etməyi də çox yaxşı bilir. Bununla bağlı çoxsaylı nümunələr gətirmək olar.
“Bu sırada Prezident İlham Əliyevin 2009-cu ildə, həmin dövrdə ABŞ-ın Prezidenti olan Barak Obama və Dövlət katibi Hillari Klintonla İstanbulda, Avropa Parlamentinin sədri ilə Brüsseldə görüşməkdən imtina etdiyini və bununla da ölkəmizə qarşı nümayiş etdirilən ədalətsiz, qərəzli münasibətə açıq etirazını qeyd etmək olar. Azərbaycan Prezidentinin Fransa Prezidenti və Almaniya Kanslerinin də iştirak edəcəyi Qranada görüşündə iştirakdan imtina etməsi isə qənaətimə görə, yalnız milli maraqların müdafiəsi ilə əlaqələndirmək doğru olmazdı. Bu, həm də xarakter məsələsidir. İlham Əliyevin xarici siyasəti məsuliyyətli, prinsipial, öhdəliklərinə sadiq və qürurlu azərbaycanlı obrazının diplomatik müstəvidə təcəssümüdür”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Son xəbərlər

ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir

Superliqaya ilk onlar vəsiqə qazandılar

Samoa sahillərində güclü zəlzələ olub

ABŞ Oman körfəzində İran yük gəmisini ələ keçirib

"Sumqayıt" 3 aydan sonra qələbə qazandı

GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏNCLƏRƏ TƏSİRİ - FOTO

RUHUN QAYIDIŞI — BİR YOLÇULUĞUN YADDAŞI, ZAMANI VƏ HƏQİQƏTİ... - FOTO

Məşhur qazax şairi vəfat etdi

Müğənni Pünhan nişanlandı - FOTO

İran danışıqların ikinci mərhələsində iştirakdan imtina etdi

ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu

“Ərim atamı döyüb” - Foto

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salınıb

Qadın voleybolçuların Yüksək Liqasının qalibləri mükafatlandırılıb - FOTOLAR

Antalyada Fidanla Lavrovun görüşü oldu

O da "Kızılcık şerbeti"ndən gedir - FOTO

Aleksandar Vuçiç və İlham Əliyev Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb

Unutsaq, unudularıq - FOTOLAR

Aralıq dənizində zəlzələ oldu

"Tramp kimdir ki?.." - Pezeşkian

İkinci sinif şagirdi dünyasını dəyişdi - FOTO

Husilər Trampa xəbərdarlıq etdi

Gənc bəstəkar katib təyin olundu

Güclü yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Londonda sinaqoqa hücum edildi

9 nəfərdə telefon aşkarlandı - İmtahandan çıxarıldılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bu gün imtahan var

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930