Turaztv.az » Xəbərlər » ƏLƏMDAR KEŞTƏKLİ KƏLBƏCƏRLİ: HƏSRƏT - FOTO
Xəbərlər / Nesr

ƏLƏMDAR KEŞTƏKLİ KƏLBƏCƏRLİ: HƏSRƏT - FOTO

11.08.2023, 22:56 888
ƏLƏMDAR KEŞTƏKLİ KƏLBƏCƏRLİ: HƏSRƏT - FOTO
Ələmdar Keştəklinin çox sevdiyi, çox istədiyi, şair Kəlbəcərli Bəhmən Vətənoğlu dünyasını dəyişəndə yazsdığı şeir

HƏSRƏT

Həsrətindən neçə ildir saralıb,
Yolunu gözləyir dağlar a,Bəhmən.
Səni soruşsalar nə cavab verim,
Çəkmə dağlar üstünə dağlar a.Bəhmən.

Saralıb yaylaqlar, solubdu sənsiz,
Kəlbəcər saçını yolubdur sənsiz.
El-obanın gözü dolubdur sənsiz,
Gözəllər qalıblar ağlar a.Bəhmən.

Dəli dağda çəngə-çəngə duman var,
Yol gözləyir səndən tərif uman var.
Fikirləşdim yalan olar güman var,
Soğulub bağçalar bağlar a, Bəhmən.

Kəsildi hər yandan ümidim ünüm,
Sənsiz xoş keçərmi tək birgə günüm.
Dərdli Ələmdaram başına dönüm,
Geri dönmür ötən çağlar a, Bəhmən

ƏLƏMDAR KEŞTƏKLİ KƏLBƏCƏRLİ: HƏSRƏT - FOTO
ƏLƏMDAR KEŞTƏKLİ KƏLBƏCƏRLİ: HƏSRƏT - FOTO
ƏLƏMDAR KEŞTƏKLİ KƏLBƏCƏRLİ: HƏSRƏT - FOTO

Oxşar xəbərlər