Regionların inkişafı ilə bağlı həyata keçirilən siyasət qüdrətli, sabit, təhlükəsiz Azərbaycan deməkdir- Şərh
Regionların sosial-iqtisadi inkişafının təmin olunması Azərbaycan dövlətinin əsas məqsədlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə müxtəlif sahələri özündə əks etdirən geniş və çoxşaxəli layihələr hazırlanaraq həyata keçirilir. Buna görə də dövlətimizin başçısı mütəmadi olaraq ölkənin müxtəlif rayonlarında olur. Azərbaycan Prezidenti səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə uyğun müəssisələrin açılışını edir, onların fəaliyyətini yoxlayır, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına dövlətimizin başçısının son səfəri zamanı müasir yol xəttinin, xəstəxana, məktəb və digər xidmət və istehsal sahələrinin açılışının edilməsi regionların inkişafına olan diqqətin təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlmasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib: “Prezident İlham Əliyev çıxışlarında ölkədə iqtisadi inkişafın təmin olunması onun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu qeyd edib. Ölkəmizdə davamlı inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın artırılmasını təmin etmək məqsədilə 2016-ci ildə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Sərəncamda orta və uzunmüddətli dövrləri əhatə etməklə iqtisadiyyatın 11 sahəsinin inkişaf planları göstərilib. Həmçinin 2021-ci il fevralın 2-də imzalanan Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı hazırlanıb. Həmin proqramla ölkənin inkişafına dair 5 əsas meyar– dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” götürülməklə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” qurulmasının yolu müəyyən edilib”.

Y. Hacızadə əlavə edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası məqsədilə yenidən qurulması, yeni beynəlxalq və regional nəqliyyat-logistika layihələrin həyata keçirilməsi, dövlətimiz üçün prioritet təşkil edir. Bununla yanaşı, Azərbaycan Prezidentinin Respublikanın digər bölgələrinə ardıcıl səfərlər etməsi, şəhər, rayon və kəndlərimizdə geniş quruculuq işlərinin davam etdirilməsi ölkənin dinamik inkişafını təmin edir. Eyni zamanda, dövlətimizin başçısının regionların inkişafı məsələlərini şəxsi nəzarətində saxlaması, bu istiqamətdə tapşırıqlar verməsi və qərarlar qəbul etməsi Azərbaycanın müasir simasının formalaşdırılmaısıdır. Regionların inkişafı ilə bağlı həyata keçirilən siyasət qüdrətli, sabit, təhlükəsiz Azərbaycan deməkdir. Bu da Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Son xəbərlər

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031