ZƏHMƏTKEŞ INSANLARIN BÖYÜK HAMİSİ - FOTOLAR

ZƏHMƏTKEŞ INSANLARIN BÖYÜK HAMİSİ
Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə, makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi altında son on beş ildə respublikamız, dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.
ZƏHMƏTKEŞ INSANLARIN BÖYÜK HAMİSİ - FOTOLAR

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.
Ölkə Prezidenti İlham Əliyev ötən illərdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər etmişdir. Respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
ZƏHMƏTKEŞ INSANLARIN BÖYÜK HAMİSİ - FOTOLAR

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.
Son illərdə sahibkarlıq fəaliyyətindən gələn gəlirlərin artırılması, bazar iqtisadiyyatı sisteminin təkmilləşdirilməsi və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi yüksək inkişaf tempinə malikdir ki, buna da əsas səbəb qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi şəkildə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb.
ZƏHMƏTKEŞ INSANLARIN BÖYÜK HAMİSİ - FOTOLAR

Özəl sektor, kiçik və orta sahibkarlıq sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Ölkə rəhbərinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.
ZƏHMƏTKEŞ INSANLARIN BÖYÜK HAMİSİ - FOTOLAR

Müstəqil Azərbaycanın inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" kursuna uyğun olaraq, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmişdir.
Həyata keçirilən iqtisadi islahatlar iqtisadi sahədə çalışan mütəxəssislərin qarşısında çox böyük vəzifələr qoyur. Azərbaycanın möhtəşəm uğurlarına, şübhəsiz ki, iqtisadçılar ordusu da özünəməxsus töhfələr verməyə çalışır və bu, dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.
ZƏHMƏTKEŞ INSANLARIN BÖYÜK HAMİSİ - FOTOLAR

İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün əzmkarlıqla çalışaraq qeyri-neft sektoru məhsullarının istehsalının artırılması, regionlarda rentabelli müəssisələrin yaradılması və inkişaf etdirilməsinə kömək göstərməklə bundan sonra da regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmasına öz töhfəmizi verəcəyik.
Ölkə Prezidentinə sadiqlik nümayiş etdirən sahibkarlarımız fürsətdən istifadə edərək cənab Prezidenti ad günü münasibətilə təbrik edir və əminliklərini ifadə edirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli keyfiyyətcə yeni mərhələdə də öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcəkdir.

Cəmil ZƏBHULLAOĞLU,
AJB-nin üzvü,"Qızıl Qələm"media mükafatı laureatı

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930