
Xəbərlər / Nesr
24.06.2023, 00:51
EL QIZI - FOTOLAR
Əziz, dəyərli və sevimli dostum Şəhla xanım. Döğum günün mübarək.
(Mabədi olacaq)
16 iyun 2023-cü il
16 iyun 2023-cü il
EL QIZI
(Qəbələli yazar Şəhla Xəlilqızının yubileyinə gecikmiş dost təbriki)
Sadəlik daxili saflığın zahiri nəticəsidir. Sadə adamlar paxıllıqdan, eqoistlikdən və başqa mənfi əlamətlərdən uzaqdırlar. Bu da onların gecələr öz çarpayılarında rahat uyumalarına səbəb olur. Bu özü də bir xoşbəxtlikdir. Atalar yaxşı demişlər: “Bar verən ağac həmişə başını aşağı əyər”. Əgər bir şəxs özünü gözə soxmağa çalışırsa, lovğalıq, eqoistlik edirsə, demək, o şəxsin qabında heç bir şey yoxdur. Və o özü də məhz bunu bildiyi üçün etdiyi hərəkətlərlə başqalarının gözündən pərdə asmağa çalışır. Sadə adamlar isə belə deyillər. Onlar öz mövqelərini çox gözəl başa düşürlər və
müəyyən hərəkətlərlə özünü gözə soxmağın mənasızlığın hiss edirlər.
Nə qədər olsa da uca dəyərin,
Hər işin biləsən gərək təhərin.
Nə qədər çox bilsən azbilən görün,
Dünyada sirlər var dərindən dərin.
Hər işin biləsən gərək təhərin.
Nə qədər çox bilsən azbilən görün,
Dünyada sirlər var dərindən dərin.
Doğrudan da belədir, dünya sirlərlə dolu bir xəzinədir. İnsan nə qədər çox elmə yiyələnirsə, həyatı boyu bu elmdən bəhrələnirsə, o qədər də çox hiss edir ki, hələ öyrənmədiyi şeylər çox qalıb və elə ona görə də sadə olur. Zəif dünyagörüşlü, dayaz düşüncəli kəslər isə müəyyən yerlərdə özlərini bilikli, dolğun düşüncəli göstərməyə çalışırlar. Daha hiss etmirlər ki, bu hərəkətləriylə onlar özlərini başqalarının gözündə hörmətdən salmış olurlar.
Sadəlik insanı insana daha da yaxınlaşdırır. Bu sadəliyin simvolu isə uzun illər tanıdığım qəbələli şair, təmizqəlbli xanım, təvazökar insan Şəhla Xəlilqızıdır. Bu günlərdə onun yubiley yaşı oldu. Səhhətimdə yaranmış müvəqqəti problemlərlə bağlı onu dilucu təbrik edib mabədi var deyə ətraflı yazmağa söz vermişdim. Amma bu yazını mən yaza bilmədim. İş elə gətirdi ki, mənim də ad günüm oldu, onun haqqımda yazdığı təbrik mətni mənim istəyimi üstələdi. Maraqlı və məzmunlu təbrik mətnindən sonra nə yazacağım haqqında bir az düşündüm, daşındım, nəhayət, 55-ə uyğun fikirlərimi cəmləşdirib bu işi sabaha saxlamamağa qərar verdim.
Bəli,
Şəhla xanım olduqca sadədir, adi bir kənd ziyalısıdır.
O, insanlar arasında dostluq əlaqələrini artırır, səmimilik yaradır. O, qarşısında dayanan hər bir insana dar gündə dayaq durub və durmaqdadır. İnsanlar yeri gələndə bir-birlərinə əl tutmağı bacarmalıdırlar. Şəhla xanım da gözlərini açandan ailədə belə bir xoş niyyətin şahidi olub. Onun bu xeyirxah missiyası ailədəngəlmədir. Onun fikrincə, insanın insana əl tutması onlar arasındakı münasibətin inkişafından asılıdır. İnsanlar arasındakı münasibət isə sadə adamlarda daha çox inkişaf edib. Ona görə də təkəbbürlü, lovğa, eqoist adamların sözü heç vaxt bütöv olmur. Bəzən adamı, necə deyərlər, bərkə düşəndə qoyub qaçırlar. Şəhla Xəlilqızı isə təkəbbürlülükdən, lovğalıqdan uzaq bir xanımdır.
Ağaclar üstündə qışda bar olmaz,
Vəfasız dilbərdən vəfadar olmaz.
Həyatda hər şeyi əyləncə sanan,
İnsanın sözündə düz ilqar olmaz.
Vəfasız dilbərdən vəfadar olmaz.
Həyatda hər şeyi əyləncə sanan,
İnsanın sözündə düz ilqar olmaz.
O, verdiyi vədin arxasında həmişə dayanmağı bacarıb.
Sözündə bütövdür
Deyir, kim ki, öz vədinə əməl etməyən kimi tanınır, onun cəmiyyət içində hörməti olmaz. Tədricən dostu, tanışı da ondan uzaqlaşar. Bu isə insanın qüsurudur, onun mənfi keyfiyyəti deməkdir.
Demirəm hamıya ülfətin olsun,
Yəni ki, kimsəyə nifrətin olsun.
Çalış qədirbilən, safqəlbli ol ki,
Cəmiyyət içində qiymətin olsun.
Yəni ki, kimsəyə nifrətin olsun.
Çalış qədirbilən, safqəlbli ol ki,
Cəmiyyət içində qiymətin olsun.
Sevindirici haldır ki, tutduğu əmələ və ya işə görə cəmiyyət içində onun öz qiyməti, payı var. Ona görə də Şəhla xanım sadədir, xeyirxahdır, təmizdir. Bilirəm və inanıram ki, 55 illik ömrü boyu onun bu əməlləri itməyəcək, mükafatlandırılacaq. Bu mükafatı isə gec-tez gözəl Allahımız ona verəcək.
Tarix boyu sübut edilib ki, cəmiyyətə xeyri dəyməyənlərin cəmiyyət içərisində yeri olmaz. Belə adamlar sadəlikdən və təvazökarlıqdan həmişə uzaq olarlar. İnsanın mənliyi və ləyaqəti onun daxili hisslərinin saflığı və mənəvi kamilliyi ilə ölçülür. Başqalarının hərəkətlərini düzgün qiymətləndirə bilməyən şəxs öz hərəkətlərini də düzgün qiymətləndirə bilməz. Özünün və həmkarlarının, əqidədaşlarının hərəkətlərinə önəm verən Ş.Xəlilqızının qiymətini onun tutduğu əməllərinin, hiss və ehtiraslarının müsbət və mənfiliyi ilə daha dürüst müəyyənləşdirmək olar. Onu tanıdığından deyə bilərəm ki, o, həmişə özünə də, sözünə də qiymət qoyub, öz şəxsiyyətini və mənliyini qorumağı bacarıb. Onsan qat-qat aşağı səviyyədə olanlar ayağının altını qazımağa çalışsalar da, məkrli məqsədlərinə nail ola bilməyiblər. Ondan, rəhbərlik etdiyi qurumdan hansısa səbəbdəb aralanmaq istəyənlər, aralananlar sonradan səhvlərini başa düşüb Şəhla adlı haqqın yanında olmağa qərar veriblər. Şəhla xanım bağışlayandır, çünki qəlbi ipək kimi yumşaqdır. Çünki özünə qiymət verməyi bacarır, digərlərinin də dəyərini verir, başqalarının əqlini, zəkasını, yaradıcılığını müsbət qiymətləndirir. Çünki hər kəsin qiyməti onun əməlinə görə bəlli olur.
Üzüyə qiymət ver qaşına baxıb,
Palıda arxalan yaşına baxıb.
Doğrunu, yalanı yoxlasan əgər,
Qiymət ver ilk təməl daşına baxıb.
Ümumi məqsədin şərəfli yolçuları
Palıda arxalan yaşına baxıb.
Doğrunu, yalanı yoxlasan əgər,
Qiymət ver ilk təməl daşına baxıb.
Ümumi məqsədin şərəfli yolçuları
Həmişə elmizin müdrikləri, ağsaqqalları bizə sadə, təvazökar, məclislərdə öz yerimizi bilən olmağımızı tövsiyə ediblər. Bu fikirlərə əməl edən kəslər isə həmişə bu tövsiyələrin xeyrini hiss ediblər. İnsan öz mövqeyini öz hərəkət və davranışları ilə özü müəyyənləşdirir. Şəhla Xəlilqızının beş il ərzində rəhbərlik etdiyi “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin maraqlı, savadlı, bacarıqlı, təşkilatçı üzvləri də həmişə bir-birinə dayaq olub, əl-ələ verib qarşılarındakı ümumi məqsədə nail olublar. Dəfələrlə şahidi olmuşam ki, onlar üzərlərinə götürdükləri tarixi missiyalarının öhədəsindən ləyaqətlə, bacarıqla gəliblər. Onlar öz hərəkət və davranışlarını elə istiqamətləndiriblər ki, ondan nə özlərinə, nə də başqalarına ziyan dəyib. Onlar dərk edinlər ki, əks təqdirdə, belə kəslərə heç vaxt etibar edilməz. Onların cəmiyyət içərisində hörməti və qiyməti olmaz.
Şəhla xanım da məhz belə insanların əhatəsində yaza-yaza, ömür anlarını yaşaya-yaşaya, fəaliyyət dairəsini genişləndirərək bu günə - ömrünün müdriklik çağı hesab edilən 55-ə gəlib çatıb. O, daxilən saf, mənəvi cəhətdən kamildir, bu da daxilinin əsas göstəricisidir, qəlbinin kompasıdır. Bu mənada Şəhla xanım özünü xoşbəxt, rahat hiss edə bilər. Əslində buna haqqı da var.
Ş.Xəlilqızı özünü dərk edəndən mübarizə aparır…
Hər şey əksiklərin vəhdəti üzərində qurulub. Cisimlərin tamlığını təmin edən də məhz əksliklərin vəhdətidir. Bu təbiətin əsas qanunlarından biri kimi daim inkişafdadır və o, maddi cisimlərdən tutmuş xəyali aləmə qədər hər şeyə nüfuz edir. Bir canlı varlığın inkişafında müsbət cəhətlər nə qədər artsa, mənfi hadisələri duymaq qabiliyyəti də artır. İnsan nə qədər dərindən duysa, hər şeyi hiss eləsə, o qədər də inkişafın yuxarı səviyyəsinə qalxmış olur. Şəhla xanım isə çox şeyi duyduğu üçün buna müvafiq insanın
adına ləkə gətirə biləcək şeyləri də hiss edir və onlardan uzaq olmağa çalışır. Bu da əsl insanın – Şəhla Xəlilqızının ləyaqətinin qorunmasına səbəb olur və onun cəmiyyət içərisində müsbət qiymətinin qorunub saxlanılmasına kömək edir. Bu özü də insan üçün bir növ xoşbəxtlikdir. Hər bir insan özündə əzm, iradə və mətinlik tərbiyə etməlidir. Həyat ziddiyyətlər üzərində qurulub. Bu ziddiyyətlərdən baş çıxarmaq və onları mümkünlük dairəsində, məqsədə müvafiq şəkildə həll etmək hər bir insanın borcudur. İnkişafın və ya yaşayışın yeganə yolu mübarizədir. Qəbələli yazar Ş.Xəlilqızı da özünü dərk edəndən mübarizə aparır, haqq, ədalət mübarizəsində çarpışır. Məhz bu səbəbə görə onun iradəsinin də möhkəmləndirməsində mübarizə mühüm rola malikdir. Deyir ki, özünə qarşı tələbkar olmayan insan iradəsi ən ibtidai haldadır və nəfsə tabedir.
Xəyallar zülmətdən doğan işıqdır,
Arzular hisslərə bil yaraşıqdır.
İnam olan yerdə istək əməldir,
İnamsız ürəkdə hiss dolaşıqdır.
Arzular hisslərə bil yaraşıqdır.
İnam olan yerdə istək əməldir,
İnamsız ürəkdə hiss dolaşıqdır.
İnam insana hər vaxt lazımdır. Cəmiyyət içərisində də, işdə də, ailədə də.
O yerdə ki, inam var,
o yerdə səmimiyyət və xoşbəxtlik də var. İnamsız görülən işin yüksək
keyfiyyəti olmaz. İnamsız qurulan ailə əvvəl-axır dağılmağa məhkumdur. İnamsız səadət tapmaq mümkün deyildir. Unutmaq lazım deyil ki, mübarizəsiz həyat insanı məhvə doğru sürükləyir. Yaşamaq üçün, özü də xoşbəxt yaşamaq üçün
mübarizə aparmaq lazımdır. Mübarizəsiz nə müvəffəqiyyət əldə etmək olar, nə də bir şeyi təslim etmək olar.
Və sonda bu fəlsəfi fikirlərimi yekunlaşdırıb uzun illərin mərd, mübariz dostu Şəhla Xəlil qızı Bayramovaya 55-dən sonrakı illərdə elə belə qalmağı arzulayıram. Bilmirəm təsadüfdü, yoxsa zərurət, özünün yaş göstəricisində də iki beş, birliyinin də fəaliyyət müddətinin göstəricisində beş var. Həyat və fəaliyyət qabiliyyətinə də beş verməli olsaq, belə nəticəyə gələ bilərik ki, dostumuz hər bir sahədə beşə layiqdir. Bu isə o deməkdir ki, Şəhla xanım hərtərəfli insandır. 55-in mübarək olsun, əziz dost!
Şəhlasevərlər adından Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

























