İşsizlik sığortası haqqında nazirlikdən açıqlama
İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatının verdiyi məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VII bəndinə görə işsizlərə dövlətdən sosial müavinət almaq hüququ verilsə də bu hüquq Konstitusiyaya zidd olaraq 2018-ci ilədək məhdudlaşdırılıb, 2019-cu ildə isə yenə Konstitusiyaya zidd olaraq ləğv edilib.

Məlumatda bildirilib ki, hazırda işsiz statusuna malik 70 mindən çox işsizin heç biri dövlətdən sosial müavinət almır: “Onlardan yalnız az bir hissəsi işsizlik sığortası alır ki, bu da daimi deyil, işsizlərin işlə təmin olunub-olunmamasından asılı olmayaraq qısa müddətdən sonra dayandırılacaqdır.

Azərbaycanda rəsmən işsiz kimi qeydiyyata düşənlərin sayı 2019-cu ildə iki dəfə artıb; dinamikaya görə Azərbaycan Respublikası MDB məkanında 1-ci yeri tutur”.

Mövzu ilə bağlı Bizimyol.info-nun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinə göndərdiyi informasiya sorğusuna cavab verilib.

Cavabda bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətində əhalinin məşğulluğunun təminatı mühüm yer tutur: “Bunun nəticəsi kimi, 2003-cü ildən ötən dövrdə ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılmaqla, əmək qabiliyyətli əhalinin məşğulluq imkanları xeyli artırılmışdır. İş yerlərinin açılmasının daimi xarakter alması, eyni zamanda əmək bazarı proqramlarının əhatə dairəsinin ildən-ilə genişləndirilməsi, həmçinin bu sahədə bir sıra yeni proqram və layihələrin reallaşdırılması nəticəsisində Azərbaycanda işsizlik səviyyəsi 5 faizə enib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Cari ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğullluq Xidməti tərəfindən 69 726 nəfər işlə təmin edilib, 1753 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib, 89 714 nəfərə peşəyönümü məsləhət xidməti göstərilib, 1491 nəfərə isə işsizlikdən sığorta ödənişi təyin edilib. “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib”.

Nazirlikdən bildirilib ki, Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur: “Bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək. “Məşğulluq haqqında” Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar da həyata keçirilə bilər. İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının daha da genişləndiriliməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhəmiyyətli addımlar atılır, mühüm əməkdaşlıqlar həyata keçirilir. Artıq cəmiyyət arasında geniş rəğbət qazanan bu proqramın əhatə dairəsi genişləndirilir, beynəlxalq təşkilatlar da layihəyə cəlb olunur.

2018-ci ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib. Cari ildə isə 10 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb olunması gözlənilir. Gələn il isə Dünya Bankı ilə əməkdaşlıqda bu göstərici daha da artacaq.

Layihə çərçivəsində əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və qadın sahibkarlara daha çox üstünlük verilir”.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb: “Onlardan 7072-si artıq təlim kursunu uğurla başa vurub. Təlimlərin yekununda biznes-planlarını müdafiə edən 5512 nəfər işsiz və işaxtarana isə biznes planlarına uyğun mal və materiallar verilib. Həmin şəxslər verilmiş aktivlər hesabına artıq öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ildə də proqrama cəlb olunanların əksəriyyətini əlilliyi olan şəxslər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardımı alan və ya çoxuşaqlı ailələrin üzvləri, gənclər, müharibə veteranları təşkil edir.

Özünüməşğulluq proqramının genişlənməsinə, bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın inkişafına Heydər Əliyev Fondu da öz dəstəyini verir. Belə ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Sosial bağlar” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ötən il həssas qrupdan olan 125 ailə üçün təsərrüfat yaradılıb. Cari ildə isə daha 250 ailə üçün intensiv meyvə bağların, tərəvəz və bostançılıq təsərrüfatları yaradılır.

Dövlət Məşğulluq Xidmətinin yerli məşğulluq mərkəzləri tərəfindən iş yerlərinə göndərişlərin verilməsi məsələsinə gəldikdə isə qeyd etməliyik ki, “Müəssisələr haqqında” Qanuna əsasən işəgötürənlərə işçi qəbulunda müstəsna hüquq verilmişdir. Belə ki, namizədin bilik və bacarıqları, iş keyfiyyələri nəzərə alınmaqla son qərarı işəgötürən verir. Dövlət Məşğulluq Xidməti burada vasitəçi rolunu oynayır.

BMT İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı həyata keçirilir. Layihə çərçivəsində cari ildə ilkin olaraq 12 rayon və şəhərdən (Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir və Sumqayıt şəhərləri) 500 nəfər əlilliyi olan şəxsin biznes qurmasına yardım göstərilir.

Bununla yanaşı, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişi ilə təmin olunurlar. Həmçinin qanuna əsasən əmək müqaviləsi ilə işləyən bütün işçilər işsizlikdən sığorta ödənişi ödəməlidirlər. Bu ödənişin məqsədi ondan ibarətdir ki, işçilər öz iradələrindən asılı olmayaraq işsiz qaldıqları təqdirdə işsizlikdən sığorta ödənişi almaq hüququna malik olurlar. Digər hallarda işsiz qalan şəxslərin isə qanunla aktiv məşğulluq tədbirlərindən yararlanmaq hüququ yaranır. Bu tədbirlərə özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, peşəyönümü məsləhət xidmətləri və b. daxildir.

Qeyd edilənlər ölkə əhalisinin səmərəli məşğullluğunun təminatına yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini təsdiq edir”.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930