Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə noyabrın 19-da Bakının Qaradağ rayonundakı “Qobu park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib.
Bizimyol.info xəbər verir ki, məcburi köçkünlərin məşğulluğunun artırılması bu kateqoriyadan olan vətəndaşlarla iş sahəsində aparılan dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramına uyğun olaraq, onların məşğulluq imkanlarının genişləndirilməsi, bu məqsədlə iş yerlərinin yaradılması üzrə tədbirlərin icrası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxlayır, onların yaşayış şəraitinin yaxşlaşdırılmasına, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsinə qayğı göstərir.

“Qobu park-2” yaşayış kompleksinin açılışı bu il oktyabrın 8-də olub. Hazırda birinci və ikinci kompleksdə ümumilikdə 11 mindən çox məcburi köçkün yaşayır. Burada əmək qabiliyyətli sakinlər arasındakı işsizlər və işaxtaranlar üçün aktiv məşğulluq tədbirinin - əmək yarmarkasının keçirilməsinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlər işsiz və işaxtaran məcburi köçkünlərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

“Qobu park”da ilk əmək yarmarkası ötən ilin oktyabrında təşkil olunub. Bu gün keçirilən ikinci əmək yarmarkasında məcburi köçkünlərə 54 müəssisədən 644 vakant iş yeri təqdim edilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri onlara iş yerləri haqqında ətraflı məlumat veriblər. Yarmarkada işsiz və işaxtaran məcburi köçkünlərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

Xatırladaq ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı son il yarım ərzində dörd dəfə əmək yarmarkası keçirilib.

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31