28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib - FOTOLAR
Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə İslamabadda rəsmi qəbul keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradıldığını və müsəlman Şərqində ilk demokratik respublika olduğunu bildirib.

O, Cümhuriyyətin qısa müddətdə keçdiyi inkişaf yolu barədə geniş məlumat verib, 23 aylıq dövr ərzində bir sıra mühüm, xüsusilə demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi kimi nailiyyətlərə imza atdığını vurğulayıb.

Həmçinin 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqil Azərbaycan qurduğunu vurğulayıb.

Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çətin günlərində - 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi, ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq ölkənin müstəqilliyini əbədi etdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu nailiyyətlər Azərbaycan xalqının həyatının bütün sahələrində özünü göstərir.

Diplomat, eyni zamanda, Azərbaycanın Vətən müharibəsində Zəfərinə toxunub, Azərbaycan-Pakistan münasibətlərindən bəhs edib.

Tədbirin ali qonağı - Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseyn çıxışında bayram münasibətilə təbriklərini çatdırıb, 28 Mayın Azərbaycanın dövlətçilik tarixində şanlı və mühüm günlərdən biri olduğunu deyib.

Rana Tanver Hüseyn Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra regionun inkişafına mühüm töhfə verən böyük transmilli enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirdiyini bildirib, iqtisadiyyatının əhəmiyyətli inkişafına nail olduğunu qeyd edib. Azərbaycan ilə Pakistan arasındakı əlaqələrini “qardaşlıq münasibətləri” adlandırmaqdan fəxarət hissi duyduğunu vurğulayan nazir 2023-cü ildə 100 illik yubileyi qeyd edilən dünyaşöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həm də iki ölkə arasında əlaqələrin inkişafının banisi olduğunu diqqətə çatdırıb.

Nazir Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu deyib.

Tədbir çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.
28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib - FOTOLAR
28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib - FOTOLAR
28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib - FOTOLAR
28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib - FOTOLAR
28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib - FOTOLAR
28 May - Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib - FOTOLAR

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930