Turaztv.az » Xəbərlər » Tokio yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib
Xəbərlər

Tokio yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib

11.05.2023, 00:27 404
Tokio yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib
Tokionun şərqində 5,4 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi yoxdur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxtla sərhəd olan Çiba prefekturasının şimal-qərbində, təxminən 40 kilometr dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Tokionun mərkəzində də hiss olunub.

Oxşar xəbərlər