Xəbərlər
10.04.2023, 00:06
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Avropa kuboku yarışlarında birinci olub - FOTOLAR
Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışlarında Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə daha 3 qızıl medal yazdırıblar. Hüseyn Eyvazlı (81 kq) bürünc medala sahib olub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay