Xəbərlər
7.04.2023, 23:25
Ramazan bayramı İslam dininin ən əlamətdar bayramıdır - FOTO
İslam dininə bağlı olan Azərbaycan xalqı neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş sovetlər birliyi dövründə bütün qadağalara baxmayaraq Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi Ulu Öndər Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bəqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, xalqın milli təhülkəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşdı. Ümummilli Lider həmçinin vurğulayırdı ki, İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir: “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. “Qurani-Kərim”in bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, səadətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. “Qurani-Kərim”in btün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.
Ümummilli Lider xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Ramazan bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz Ulu Öndərin təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci naddəsinə əsasən, Ramazan bayramı iş günü olmayan bayram hesab edilir və bu, dövlətin vətəndaşların vicdan azadlığına necə yüksək həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.
Ramazan bayramı İslan dinində mövcus olan ən böyük iki bayramdan biri, bəlkə də birincisidir. Bu bayram Ramazan ayının sona çatması münasibətilə Şəvval ayının birində qeyd edilir və dini mənbələrdə “Fitr bayramı” kimi də xatırlanır. Bayram günü İslam şəriətinə görə, oruc tutmaq haramdır. Ramazan bayramına keçən gecə fitrə pulunu ayırıb həmin axşam, ya bayram namazına qədər fitrə pulunu çatdırmaq daha savab əməl hesab olunur. Fitrə zəkatının vacibliyini Məhəmməd Peyğəmbər (s.v.s.) hisrətin 2-ci ilində Ramazan ayının sonunda söylədiyi xütbədə müsəlmanlara elan etmişdir. Fitrə zəkatı maddi vəziyyəti dözülməz dərəcədə çətin olan adamlara (fəqirlərə) verilməlidir. Fitrə zəkatını hər kəs öz kasıb qohumuna və ya qonşusuna versə, daha yaxşı olar.
Bayram günü səhər tezdən qüsl alınır, hava işıqlaşandan sonra isə bayram namazı qılınır. Bu namaz eynilə Qurban bayramında qılınan namaz kimidir. Bayram namazının məsciddə camaatla qılınması bəzi məzhəblərdə vacib, bəzisində isə müstəhəbdir. Amma bayram namazının imkan daxilində məsciddə camaatla qılınması tövsiyyə olunur.
Bütün bayramlarda olduğu kimi, Ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Məhəmməd Peyğəmbər (s.v.s.) də çox küsülü qalmağı bəyənməmiş və səhabələrinə də bunu qadağan etmişdir. Bir hədisdə deyilir: “”Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, Peyğəmbər (s.v.s.) demişdir: “Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib (sözə) başlayanıdır” (Səhih əl-Buxari, 6077-ci hədis).
Ramazan bayramı oruc tutub-tutmamasından asılı olmayaraq hər bir müsəlmanın bayramıdır. Bütün dünya müsəlmanları bu bayramı qeyd edirlər. Bəzi müsəlman ölkələrində bu bayram rəsmi şəkildə təntənəli surətdə keçirilir. Bu bayramı başqalarından fərqləndirən bir xüsusiyyət də bir ay boyunca gündüzlər ac-susuz qalıb, axşamlar ibadət edən və bu ibadətlərin çətinliklərinə dözən, Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadət edən müsəlmanların bu ayın tələblərindən irəli gələn məsuliyyətin başa çatmasından dolayı hiss etdikləri bir rahatlıq və arxayınlıq duyğusudur. Başqa bayramlarda olduğu kimi, Ramazan bayramı da insanların yaşayış tərzinə öz müsbət təsirini göstərir. Ümumiyyətlə, bu bayramın yaxınlaşması belə insanlarda xoş əhval-ruhiyyə yaradır. Belə xoş emosiyaların insan psixikasına müsbət təsirinin isə sübuta ehtiyacı yoxdur. Bayram günündə insanlar şadlanır, əhatəsi ilə səmimi və isti münasibət saxlayır, ailəsinə daha çox vaxt ayıraraq bayram gəzintisinə çıxırlar. Ramazan bayramının əsas üstünlüklərindən biri də ay boyunca insanın etdiyi əməlləri müqabilində mükafatlandırılacağına inamı və bu işin öhdəsindən gəldiyi üçün keçirdiyi sevinc hissidir.
Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.
Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanmaq istərdik ki, bu müqəddəs bayram günlərində xalqımızın dua və diləkləri Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək.
Millətimizin hər bir nümayəndəsini və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Tağı Baba oğlu Tağızadə

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay