Ekoaksiya: Ötən gün 90 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib - FOTO
Ötən gün Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər maneəsiz hərəkət ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 22-də Xankəndidən Laçına və əks istiqamətdə sülhməramlılara məxsus 82 təminat-təchizat, tibbi yardım maşını və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 2 minik avtomobili səhər saatlarında Laçın istiqamətinə gedib. Günorta isə bu təşkilata məxsus 4 yük və 2 minik avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, ötən gün ümumilikdə 90 avtomobilin aksiya ərazisindən maneəsiz keçidi təmin edilib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Ekoaksiya: Ötən gün 90 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib - FOTO
Ekoaksiya: Ötən gün 90 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib - FOTO
Ekoaksiya: Ötən gün 90 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib - FOTO

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31