Ekoloji aksiyanın davam etdiyi 100 gün ərzində 5 minə yaxın avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib - FOTO
Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, dinc ekoloji aksiyanın davam etdiyi 100 gün ərzində Rusiya sülhməramlıları və BQXK-yə məxsus 4700-dən artıq avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib.

Qeyd edək ki, martın 21-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 84 təminat -təchizat və minik avtomobili maneəsiz hərəkət edib. Bundan əlavə, BQXK-yə məxsus 5 yük və 5 minik avtomobili səhər saatlarında Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 1 yük və 5 minik avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, gün ərzində 100 avtomobilin sərbəst hərəkəti təmin edilib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Ekoloji aksiyanın davam etdiyi 100 gün ərzində 5 minə yaxın avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib - FOTO
Ekoloji aksiyanın davam etdiyi 100 gün ərzində 5 minə yaxın avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib - FOTO

Son xəbərlər

“Donetskdə şiddətli döyüşlər gedir”

Ərdoğan onu vəzifəsində saxladı

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün üçüncü mərhələ keçiriləcək

Ukrayna ordusu Baxmut istiqamətində irəliləyir

Ceyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib

Günün qoroskopu: Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması region dövlətlərinə ticarət əlaqələrini qaydaya salmaq imkanı verəcək

Basketbol üzrə Azərbaycan millisi Serbiyada hazırlıqlarını davam etdirir

YARAT-da “Cənnət gözləyə bilər” adlı fərdi və “Yeddinci tənhalıq” adlı qrup sərgisi açılıb - FOTOLAR

Azərbaycanlı atlet Slovakiyada keçirilən yarışda uğurlu nəticə göstərib

Unutmayaq ki, unudulmayaq - FOTO

Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq gündəliyi daha da genişlənəcək

Novruz Aslanov kəndlərdə səyyar qəbul keçirdi -Fotolar

Bakıda İtaliyanın milli bayramı qeyd edilib - FOTOLAR

Məşhur komediya ustası vəfat etdi - FOTO

Baş nazir Əli Əsədov Soçidə kubalı həmkarı ilə görüşüb

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Vergiödəyicilərinin sayı 7 faizədək artıb

Cari əməliyyatlar balansının qalığı azalıb

Azərbaycan XİN Armen Qriqoryana cavab verdi

"Moskva Buxarestə cavab verəcək" - Rusiya XİN

Prezidentdən “ASAN Kommunal” mərkəzləri ilə bağlı FƏRMAN

Əli Əsədov Soçidə iclasda iştirak etdi - YENİLƏNİB

Bu məhsulların idxalı ƏDV-dən azad edildi

AQTA Qurban bayramına hazırlığa başladı

Rəşad Nəbiyev Naxçıvana getdi - Rəhbər şəxslərlə görüşdü

Bütün xəbərlər
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930