
Xəbərlər
19.11.2019, 10:20
Xızıdakı qəzada 2 qadın öldü

Xızı rayonunun Giləzi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 17-də saat 20 radələrində qeydə alınıb.
Kənd sakini R.Rəhimovun idarə etdiyi "KamAZ” və Xaçmaz rayon sakini H.Salamovun idarə etdiyi "VAZ-21010” markalı avtomobillər toqquşub. Nəticədə H.Salamov və sərnişinləri - Gülnaz Salamova və Oksana Əliyeva xəstəxanaya yerləşdirilmiş G.Salamova və O.Əliyeva orada ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










