Seneqalda iki avtobus toqquşub, çox sayda ölən və yaralanan var
Seneqalda iki avtobus toqquşub, azı 38 nəfər ölüb, 87 nəfər yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə paytaxt Dakardan 250 kilometr məsafədə yerləşən Kafrin şəhərində baş verib.
Yaralılar Kafrin xəstəxanasına yerləşdirilib.
Qəza ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.