“İlin idman yekunları”: Mükafatlar öz sahiblərini tapıb
Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin "İlin idman yekunları" adlı qala mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmləri, federasiyaların rəhbərləri, titullu idmançılar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2023-cü ilin idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.

Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

İlin ən yaxşı qadın idmançısı qılıncoynatma üzrə millimizin üzvü Anna Başta seçilib. Şahmatçı Gövhər Beydullayeva ikinci, bədii gimnast Zöhrə Ağamirova üçüncü olub.

“İlin ən yaxşı kişi idmançısı” nominasiyasında yunan-Roma güləşçisi Eldəniz Əzizli bütün rəqiblərini qabaqlayıb. Şahmatçı Abdulla Qədimbəyli ikinci, cüdoçu Hidayət Heydərov üçüncü yeri tutub.

“İlin ən yaxşı qadın komandası” adına bədii gimnastika üzrə qrup hərəkətləri komandası layiq görülüb. Voleybolçulardan ibarət yığma ikinci, qılıncoynatma üzrə milli komanda üçüncü yerlə kifayətlənib.

Ən yaxşı kişi komandaları arasında "Qarabağ" futbol klubu qalib olub. Minifutbol üzrə yığma ikinci, 3x3 basketbol millisi üçüncü yeri tutub.

“İlin ən yaxşı baş məşqçisi” "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov seçilib. Onu yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və bədii gimnastika üzrə yığmanın çalışdırıcısı Siana Vasileva izləyib.

Futbol üzrə FIFA referisi Əliyar Ağayev “İlin ən yaxşı hakimi” adına layiq görülüb. Cüdo hakimi Nazim Umbayev ikinci, boks hakimi Anar Babanlı isə üçüncü olub.

Bakı Su İdman Sarayı “İlin idman qurğusu” adına layiq görülüb. Milli Gimnastika Arenası ikinci, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi üçüncü olub.

1 saylı uşaq-gənclər şahmat məktəbi “İlin uşaq-gənclər idman məktəbi” seçilib. Onu “Vətən” RİOEUG Futbol Məktəbi və Şabran UGİM izləyib.

“İlin fair-play mükafatı” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Bu nominasiya üzrə ikinci yeri Azərbaycan Badminton Federasiyası, üçüncü yeri isə qadın güləşçi Elnurə Məmmədova tutub.

“Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir) ilin idman tədbiri nominasiyası üzrə qalib olub. İlk "üçlüy"ü Şəkidə “İdman Festivalı 2022” və yunan-Roma güləşi üzrə dünya kuboku yarışı tamamlayıb.

“İlin kəşfi” nominasiyasında şahmatçı Gövhər Beydullayeva bütün rəqiblərini geridə qoyub. Şahmatçı Abdulla Qədimbəyli ikinci, üzgüçü Ramil Vəlizadə üçüncü yeri tutub.

“İlin idman filmi” nominasiyasında "Uğurlar - Elçin Əsədov" filmi ilk pilləni tutub. "Əvvəl və sonra (Kifayət Qasımova)" filmi ikinci, "Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır" filmi isə 3-cü sırada qərarlaşıb.

Sonda Azərbaycan idmançılarının reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılar mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.
“İlin idman yekunları”: Mükafatlar öz sahiblərini tapıb
“İlin idman yekunları”: Mükafatlar öz sahiblərini tapıb

Son xəbərlər

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31