Xəbərlər
26.12.2022, 12:28
Birdəfəlik müavinətlər müraciətlər əsasında təyin edilə bilər
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün növbəti ildə birdəfəlik müavinətlərin verilməsi mexanizmi hələ tam dəqiq deyil”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nazirlik tərəfindən birdəfəlik müavinətlərin müraciətlər əsasında təyin edilməsi nəzərdə tutulur: “Mexanizm hazır olandan sonra prosesin proaktiv qaydada həyata keçirilməsinə çalışacağıq ki, qısa zamanda reallaşdırılmasına nail olaq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay