Narkomaniya cəmiyyətin dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Qaradağ rayon təşkilatının birgə təşəbbüsü ilə “Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir” mövzusunda tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Qaradağ rayon təşkilatının sədr müavini Vüqar Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amil olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. O qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində dəyirmi masalar, fləşmoblar, idman yarışları, mədəni-kütləvi tədbirlər keçirilir. Məqsəd cəmiyyətimizdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Komissiyanın sədri Emil Abbasov rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Onun sözlərinə görə, bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və qətiyyətli mübarizə aparmalıdır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nümayəndəsi Şahin Verdiyev isə cəmiyyətin sağlamlığının ölkənin gələcəyi üçün müstəsna önəm kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu baxımdan, gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə olduqca əhəmiyyətlidir.

Çıxış edən Əməkdar jurnalist, “Qara talelər” sənədli filminin müəllifi Mübariz Əsgərov bildirib ki, bütün cəmiyyətimiz narkomaniya ilə mübarizədə fəal olmalıdır: “Narkomaniya böyük bəladır. “Qara talelər” sənədli filmi bu bəlanın qurbanlarına, narkomaniyanın insan həyatına vurduğu ağır təsirlərə həsr edilib. Film maarifləndirici xarakter daşıyır”.

Sonda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə çəkilmiş “Qara talelər” sənədli filmi nümayiş etdirilib.
Narkomaniya cəmiyyətin dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir
Narkomaniya cəmiyyətin dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir

Son xəbərlər

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930