Liderliyin Heydər Əliyev etalonu
Siyasi elm nəzəriyyələrində liderliyin mahiyyəti, əlamətləri, növləri haqqında çoxsaylı izahlara rast gəlmək mümkündür. Ən sadə yanaşma isə klassik alman fəlsəfəsində ifadə olunub. Belə ki, klassik alman fəlsəfəsinin yaradıcıları hesab edirlər ki, əsl lider ən mürəkkəb tarixi şəraitlərdə meydana çıxıb, xalqını xilas etməyi bacarandır, yəni elə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi. Ötən əsrin 90-cı illərinin başlanğıcında təkcə Cənubi Qafqaz regionu deyil, bütün dünya çox dərin siyasi, iqtisadi, sosial-mədəni kataklizmlər yaşayırdı. Baş verənlər müstəqilliyinə yeni qoşuşmuş dövlətlər üçün əsl olum-qalım sınağı idi. SSRİ-nin süqutu ilə müstəqillik əldə etmiş Azərbaycan Respublikası üçün isə bu sınaq olduqca ağır idi. Hər şeydən öncə xalqı müstəqillik yolu ilə irəli aparacaq bir liderə ehtiyac var idi. Təbii ki, bu lider obrazı hər bir azərbaycanlının şüurunda, ürəyində vardı. Yeni müstəqil olmuş Azərbaycanda sağlam düşünməyi bacaran hər kəs aydın dərk edirdi ki, xalqı və dövləti yaranmış ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində yenicə formalaşmaqda olan dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, inkişaf strategiyasının müəyyənləşdirilməsi, Ermənistanın təcavüzünün qarşısının alınması istiqamətində təxirəsalınmaz addımların atılması əvəzinə hakimiyyət uğrunda qeyri-sivil və barışmaz mübarizə gedirdi. Təbii ki, belə vəziyyət ermənilərə öz məkrli planlarını həyata keçirmək üçün imkan verdi. Torpaqlarımız işğal edildi, soydaşlarımız öz doğma ev-eşiklərindən didərgin düşdü. Dövlətin, xalqın xilası artıq zaman məsələsi idi. Belə olan halda həmişə müdrik qərarlar verməyi bacaran Azərbaycan xalqı Heydər Əliyevə müraciət etdi və onu hakimiyyətə çağırdı. Bütün varlığı ilə həmişə xalqına xidmət edən Ulu Öndər Heydər Əliyev xalqın israrlı çağırışına böyük həssaslıq nümayiş etdirərək xilaskarlıq missiyasını öz üzərinə götürdü. Çox qısa zaman kəsiyində vətən uğrunda xidmət göstərmək istəyən hər kəs Heydər Əliyevin ətrafında sıx birləşdi. Heydər Əliyevin qayıdışı ilə cəmiyyətdə sabitliyin təmin olunması, həmrəyliyin möhkəmləndirilməsi, inkişaf üçün ilkin şərtlərin təmin olunması istiqamətində çox təsirli addımlar atıldı.

Səmərəli dövlət idarəçiliyi elementlərinin formalaşdırılmasının ölkənin inkişafının və müdafiə imkanlarının genişləndirilməsinin başlıca şərtlərindən biri olduğunu diqqətə çatdıran E.Mirbəşiroğlu qeyd edib ki, dövlət idarəçiliyi sahəsində çoxillik zəngin təcrübəyə malik Heydər Əliyev həmin dövrün reallıqları fonunda ölkənin xilasını və sonrakı inkişafını təmin edəcək dövlət idarəçilik sistemini qurmağı bacardı. Milli iqtisadi sistemin yaradılması üçün böyük sərmayələr tələb olunurdu. Lakin yenicə müstəqil olmuş, Ermənistanın və dünya erməniliyinin təcavüzü ilə üz-üzə olan Azərbaycanda belə sərmayələr mövcud deyildi. Yenə də Ulu Öndərin strateji baxışları növbəti xilaskar addımın atılmasını şərtləndirdi. Belə ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra milli iqtisadi sistemin qurulması istiqamətində fəaliyyət göstərmək imkanları da yarandı, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində çox ciddi addımlar atıldı. Beynəlxalq münasibətlər sistemində sürətlə təmasların qurulması, inkişaf etdirilməsi, milli maraqlarımızın müdafiə imkanlarının formalaşdırılması Ulu Öndər Heydər Əliyevin əsl liderlik keyfiyyətlərinin göstəricisi idi.

Deputatın sözlərinə görə, həmin dövrdə Azərbaycan xalqının ən yaralı yeri torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunması idi. 1994-cü ildə Bişkek protokolunun imzalanmasının özü də Heydər Əliyevin uzaqgörən strateji addımı kimi qiymətləndirilməlidir. Belə ki, erməni təcavüzünün qarşısının alınması və işğala son qoyulması üçün real hərbi gücün formalaşdırılması həyati vacib məsələ idi. Atəşkəs əldə edildikdən sonra Milli Ordu quruculuğu istiqamətində kompleks fəaliyyət həyata keçirildi. Həmin dövrdə münaqişə vəziyyətində Azərbaycanın haqlı mövqeləri haqqında dünya ictimaiyyətində obyektiv təsəvvürlərin yaradılması missiyasını da Ulu Öndər Heydər Əliyev şəxsən öz üzərinə götürdü. O, dünya dövlətləri rəhbərləri, müvafiq beynəlxalq təşkilatların təmsilçiləri ilə münaqişənin ədaləti tənzimlənməsi üçün beş yüzə yaxın görüşlər keçirdi. Bütün mötəbər tribunalardan Azərbaycan haqq səsini ucaltdı.

“Heydər Əliyev torpaqlarımızın işğaldan azad ediləcəyinə zərrə qədər də olsun, şübhə etmirdi. Dahi şəxsiyyət çox dəqiq bilirdi ki, müəyyənləşdirmiş olduğu siyasi kurs, inkişaf strategiyası mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını şərtləndirəcək. Həqiqətən də, məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasi kursa, müəyyənləşdirdiyi inkişaf strategiyasına sadiqlik Azərbaycanı inkişaf etdirdi, gücləndirdi və Vətən müharibəsində tarixi Qələbə qazandırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev strategiyasını uğurla davam etdirərək xalqımız böyük, tarixi Qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik”. Həqiqətən də Ulu Öndər Heydər Əliyevin təkrarsız liderlik keyfiyyətləri Azərbaycan xalqını və dövlətini xilas etdi, bugünkü davamlı inkişaf üçün sarsılmaz bünövrə qoydu”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31