Gələn il pensiya və maaşlar nə qədər artacaq? - Deputat rəqəmləri AÇIQLADI
"2023-cü ildə dövlət büdcəsindən 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, pensiyalarda artım gələn aydan reallaşacaq:

"Belə ki, vahid indeksasiya sisteminə keçid bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əmək haqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq.

Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək. Qeyd edək ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316.7 manat (300+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq".

Əmək haqqı məbləğinə gəldikdə isə, Vüqar Bayramov bildirib ki, gələn il orta aylıq maaşın 898 manat olacağı proqnozlaşdırılır.

"Qeyd edək ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur. Bütövlükdə isə, dövlət sektorunda əmək haqqı artımları ölkə prezidentinin sərəncamları ilə reallaşır. 2022-ci ildə əksər sektorlarda maaş artımları reallaşdı. 2023-cü ildə də sosial müdafiə tədbirlərinin güclənəcəyi gözlənilir", - deyə deputat qeyd edib.

Turan İSMAYIL

Son xəbərlər

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

"Oskar" mükafatlı rejissor vəfat etdi

O da "Fatih"in serialında rol alacaq

Dünyanın ən gözəl qadını... - FOTOLAR

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Nazir minimum əməkhaqqının artırılması üçün görülən işlərdən danışıb

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək

Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb

İrəvanın yeni siyasi doktrinası - Qarabağ hərəkatından imtina və konstitusiya dəyişikliyi - ŞƏRH

"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib

“Anam atamı öldürdü, ertəsi gün məni geyindirib məktəbə göndərdi” - Fotolar

Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək

Sabah 22 dərəcə isti olacaq

Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

Deputatlar 8 vacib məsələnin müzakirəsinə BAŞLADILAR

LİLPAR CƏMŞİDQIZI : Çox dəyərli Əzizə Ağahüseynqızının doğum gününə hədiyyə - FOTO

Azərbaycanda martda əlilliyə görə pensiya alanların sayı 249 mini ötüb

Azərbaycan nefti 6 dollar bahalaşıb

VAQİF VÜQAR : BİR YOZUMDU BU DÜNYA - FOTO

Payıza qoşulub getmə, amandır! - FOTO

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930