Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” adlı təntənəli yubiley gecəsi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dünya şöhrətli bəstəkarın ömür yolu və zəngin yaradıcılığı haqqında danışaraq, əsərlərindən nümunələr səsləndirib. Bildirib ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb: “Görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. İlin əvvəlindən başlayaraq həm Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda Fikrət Əmirova həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində bəstəkara həsr olunmuş Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun çapı, UNESCO-nun Baş Qərargahının konsert zalında baş tutan konsert proqramını xüsusilə qeyd etmək olar. Onu da vurğulamaq olar ki, noyabrın 12-dən etibarən görkəmli bəstəkarın 100 illiyinə həsr olunmuş musiqi festivalına start verilib. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Bu festival çərçivəsində uzun illərdən sonra ilk dəfə olaraq “Sevil” operası Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub. Bu çox böyük tarixi hadisədir. Günümüzdə ölkəmizin musiqi incilərindən, qızıl fondundan danışarkən Fikrət Əmirovun adı ilk olaraq xatırlananlar sırasındadır. Onun milli irsimizə miras qoyduğu musiqi əvəzolunmazdır. F.Əmirov məhz o sənətkarlardandır ki, onun hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Onun musiqisi böyükdən kiçiyə hər kəsin zövqünü oxşayır. Bəstəkarın musiqisinin janr dairəsi çox geniş olsa da, simfonik musiqi onun yaradıcılığında aparıcı rol oynayır. Onun Azərbaycan musiqisinə bəxş etdiyi simfonik muğam janrı bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir. Fikrət Əmirovun simfonik muğamlarında cəlbedicilik özünü doğruldaraq musiqisevərlərin qəlbində dərin izlər qoyub”.

Fikrət Əmirovun təməlini qoyduğu simfonik muğam janrının “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunduğunu və hələ 50-ci illərdə sovetlər birliyi dövründə ölkə hüdudlarından kənarda, ABŞ-da “Karnegi holl”da “Şur” və “Kürd Ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin mötəbər uğurları sırasında yer alan tarixi bir məqam olmasını vurğulayan V.Əliyev bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegi holl”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbir keçirildiyini qeyd edib: “Bəstəkarın “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası” onun musiqi irsinin dəyərli səhifələridir. F.Əmirov C.Cabbarlının eyni adlı dramı əsasında yazdığı “Sevil” operası ilə Azərbaycanda ilk lirik-psixoloji operanın əsasını qoyub. 1979-cu ildə səhnəyə qoyulan ərəb nağıllarının əsrarəngiz aləmindən bəhs edən “Min bir gecə” baleti isə bəstəkarın yaradıcılığının xüsusi mərhələsini təşkil edir. Uzun illərdir dünyanın ən mötəbər teatrlarının səhnəsini bəzəyən bu balet bəstəkarın yaradıcılıq irsinin zirvəsidir desək, yanılmarıq. F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. Fortepiano üçün “12 miniatür”, müxtəlif pyeslər, “Ulduz”, “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və digər romans və mahnıları bu gün də konsertlərin repertuarını bəzəyir”, - deyə mədəniyyət nazirinin birinci müavini bildirib.

Daha sonra təntənəli yubiley gecəsində bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayev, dirijorlar, Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Əyyub Quliyev və Mustafa Mehmandarovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı, həmçinin balet truppasının bədii rəhbəri Xalq artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, solistlər - Xalq artistləri Alim Qasımov, Yeganə Axundova, Samir Cəfərov və başqaları çıxış ediblər.

Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub
Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi təntənəli şəkildə qeyd olunub

Son xəbərlər

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31