Fikrət Əmirovun 100 illiyi Azərbaycan Dövlət Akademik Filarmoniyasında qeyd olunub
Noyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, gecədə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri çixiş edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar mədəniyyət işçisi, Fikrət Əmirov yaradıcılığı haqqında bir neçə monoqrafiya və sənədli filmin müəllifi Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır.

“Bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir. Böyük bəstəkar xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb. Buna görə də ölməzlik qazanıb”, - deyə Səadət Təhmirazqızı vurğulayıb.

Daha sonra konsert proqramı təqdim olunub. Xalq artistləri Yeganə Axundova (fortepiano), Teyyub Aslanov (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova (soprano) çıxış ediblər. Orkestrin ifasında bəstəkarın “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, “Sevil” operasından Dilbərin ariyası, H.Cavidin “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı”, Kürdi-Ovşarı simfonik muğamından fraqment, fortepiano və Xalq Çalğı Alətləri Orkestri üçün 3 hissəli konserti təqdim edilib.

Fikrət Əmirov yaradıcılığının şedevr nümunələri tamaşaçıların alqışları ilə qarşılanıb.

Son xəbərlər

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31