Xəbərlər
15.11.2022, 22:14
Zəfər sənə çox yaraşır, Azərbaycan!
Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarını kobud sürətdə pozaraq ölkəmizə qarşı törətdiyi növbəti hərbi təcavüzə cavab olaraq təhlükəsizliyimizi qorumaq, real və potensial hərbi təhdidlərin qarşısını almaq məqsədilə Ali Baş Komandanın rəhbərliyi torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarına başlanıldı. "Dəmir yumruq” adlandırılan əməliyyat zamanı ordumuz cəbhənin bütün istiqamətlərində təşəbbüsü ələ alaraq, tez bir zamanda düşmənin müdafiə səddlərini və istehkamlarını məhv edərək ərazilərimizi işğaldan azad edirdi. Düşmən itkilər verərək geri çəkilirdi.
44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Qələbə əzmi ilə özünü ölümün üstünə atan qəhrəmanlarımız şəhidlik zirvəsini fəth etməkdən belə çəkinmirdilər.
44 gün ərzində hər gün, hər saat, hər addımda məğlubiyyətdən xilas ola bilməyən düşmən mülkü əhalini hədəfə almışdır. Döyüş meydanında aciz qalan və məğlubiyyətə düçar olan düşmən bunun əvəzini mülki əhalidən çıxaraq müharibə cinayətləri törətsədə xalqımızın qələbə əzmini sarsıda bilmədi. Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək Ulu öndər Heydər Əliyevin vəsiyyəti olan Qarabağın və Şuşanın işğaldan azad olunması xəbərini həyacanla gözləyirdi.
Vətən müharibəsində Qələbəni qazanmağımızın səbəblərindən biri xalq -ordu-iqtidar birliyi idi. Müharibə zamanı xalqımız həm ön cəbhədə, həm arxa cəbhbədə, həm də informasiya cəbhəsində həmrəy oldular. Bu savaş Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateq sərkərdəliyi və mahir diplomat bacarığı sayəsində qazanıldı.
Bəli, bu 44 günlük Vətən müharibəsində xalqımızın orduya və hakimiyyətə inamı və onlarla birlikdə, arxa cəbhədə də ön cəbhə kimi hamının səfərbər olması Zəfərimizi gerçəkləşdirdi. Döyüşlərin elə ilk günlərindən orduya könüllü olaraq gənclərimizin yazılması düşmən üzərində qələbəyə tam hazır olduğumuzu göstərirdi. Əlbəttə, burada bir məqamı nəzərdən qaçırmamalıyıq. Bu da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın son 17 il ərzində dövlət başçısı kimi, gənclərin hərbi vətənpərvər ruhda tərbiyələndirilməsi, onların fiziki və psixoloji, eləcə də mənəvi sağlamlığının keşiyində dayanmağın bir göstəricisi di. Gənclər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək düşmənin başını əzmək üçün vaxt və əmr gözləyirdi.
Xalqımızın 30 illik yurd həsrətinə son qoyan rəşadətli ordumuza, şəhidlərimizə və qazilərimizə bir ömür boyu minnətdarıq.
Qarabağ Azərbaycandır!
Vüsalə Baxışlı,
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının fəalı,
Azərbaycan Texnologiya Universitetinin 1 kurs magistri

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay