
Yol polisi yük maşınının arxasında gizləndi - Video

Yol Patrul Xidməti (YPX) əməkdaşları sürücülərin onları görmədiyi yük avtomobilinin arxasında gizləndi.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkədə yayılan videoda vətəndaşın verdiyi məlumata görə Bakının Nizami rayonunun Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində yol patrul xidməti avtomobilinin yük nəqliyyat vasitəsinin arxasında dayanaraq xidmət göstərməsini tənqid edib.
Vətəndaş iddia edib ki, yol polis əməkdaşı gizlənərək sürücülərin qaydanı pozmasını gözləyir.
Xatırladaq ki, "Yol-patrul xidməti haqqında Təlimat"ın 4.3-cü bəndinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneənin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










