Nitq mədəniyyəti barədə
Nitq mədəniyyətinin yazılı qolu şifahi qolu ilə müqayisədə müasir dövrdə üstün cəhətləri ilə seçilir. Bu üstünlük ondan ibarətdir ki, sosial şəbəkələrdə aparılan danışıqlar həm fikirlərin paylaşması, həm də fikirlərə başqalarının münasibətini bildirmək baxımından önəmli rol oynayır. Bu, şərait yaradır ki, insanlar sosial şəbəkələrdə öz fikir və mülahizələrini bölüşə bilsinlər. Kimin mövqeyinin əsaslı və düzgün olmasını mövqelərin sərbəstliyi üzə çıxarır. Sosial şəbəkələr bu mənada öz rolunu oynaya bilir. Ancaq yenə də sosial şəbəkənin imkanlarından düzgün faydalanmağın əhəmiyyətini də unutmamaq lazımdır.

Sosial şəbəkənin imkanlarından müxtəlif məqsədlə istifadə edənlər cəmiyyətdə söz sahibi, mövqe sahibi olmağa çalışırlar. Onlar bəzən yanlış və təşviş yaradan məlumatları müxtəlif saytlarda paylaşırlar. Yanlış və təşviş yaradan məlumatlar sosial şəbəkələr vasitəsilə daha tez yayılır, insanlar arasında narahatçılıq, fikir çaşqınlığı əmələ gətirir. İnformasiya vasitələri içərisində televiziya, radio, qəzetlə müqayisədə sosial şəbəkələrin təcrübəsi azdır. Ona görə də bu sahədə peşəkarlığın zəifliyi bəzən çaşqınlıq yaradan informasiyaların yayılmasına şərait yaradır. Ona görə də insanlar üçün həssas olan mövzular sosial şəbəkələrin marağında olmaqla cəmiyyətdə psixoloji gərginliyə səbəb ola bilir. Görünür ki, bəzi saytların özü də bu işdə maraqlı olur. Hər halda kütləvi informasiya vasitələrinə daxil olan televiziya, radio, qəzet sahəsində xeyli təmizlənmə, saflaşma prosesi gedibdir. Sosial şəbəkələrdə, saytlarda da bu prosesin gedəcəyinə ehtiyac var. Və bu proses sosial şəbəkələrdə, saytlarda zamanında, vaxtında öz həllini tapacaq.

Müasir dünyada insanlarla əlaqə qurmayan, danışmayan, duyğularını və istəklərini bölüşməyən adamlar da vardır. Onlar heç kəslə öz hisslərini, duyğularını bölüşmədən yaşayırlar. Özlərinə qapılaraq az qala cəmiyyətdən təcrid olunurlar. Belə adamlar unudurlar ki, sevdikləri, inandıqları, ehtiyac hiss etdikləri adamlarla ünsiyyət qurmaq onlara rahatlıq gətirə bilir. Hətta bir süfrə arxasında əyləşib çörək yeyə-yeyə, çay içə-içə söhbətləşmək həyatdan zövq almaq, ətrafdakıları və özünü tanımaq baxımından əhəmiyyətli bir işdir. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq insanların qohumları, tanışları və bir-biri ilə ünsiyyət qurmalarına daha çox ehtiyac var. Uzun müddət bir-biri ilə görüşməyən qohumlar, tanışlar bir yerə yığıldıqda bəzən bir-biri ilə ünsiyyət qurmaq əvəzinə onları psixoloji cəhətdən yükləyən, gərginliyə səbəb olan fəaliyyətə üstünlük verirlər. Məsələn, birisinin toy şənliyinin vidyosuna, başqa birisinin nişan mərasiminin çəkilişinə, digər birinin ad gününə və s.-yə baxmaqla yenə də ünsiyyət mədəniyyətindən uzaqlaşırlar. Halbuki indi insanların mənəvi cəhətdən rahatlıq tapması üçün onların hər birinin ünsiyyətə həddindən artıq ehtiyacı var. İnsanların ünsiyyət əlaqələrindən uzaqlaşması onların bir-birindən soyumasına, ögeyləşməsinə gətirib çıxarır. Bu hal son dövrlərdə qohumlar, tanışlar, dostlar və yaxınlar arasında da özünü göstərir. İndi insanların böyük əksəriyyəti öz fikirlərini bölüşmək üçün tərəf müqabili tapa bilmirlər. Ünsiyyətsizlik bu gün dünya insanlarının ən ciddi problemlərindən biridir. Ünsiyyətsizlik bu gün dünyada insanlara quru bir görkəm verir. Bu quruluğun içərisində insanların bəziləri az qala roborta bənzəyirlər.

Azərbaycanda nitq mədəniyyəti ilə bağlı mövcud olan belə bir reallığı da qeyd etmək yerinə düşər. Bu da ondan ibarətdir ki, indi vətəndaşlarımız öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Müstəqilliyimiz vətəndaşlarımızın öz fikirlərini ifadə etmək qabiliyyətini üzə çıxara bilibdir. Vətəndaşlarımızda nitq mədəniyyətinin formalaşması istiqamətində xeyli irəliləyiş yaradıbdır. İndi insanlar keçmişdən fərqli olaraq (Sovetlər İttifaqı dövründən) öz fikirlərini sərbəst şəkildə söyləyə bilirlər. Uşaqlar, yeniyetmələr, gənclər, orta və yaşlı nəslin nümayəndələri istənilən sosial-ictimai xarakterli sorğuya münasibət bildirməkdən çəkinmirlər. Hətta ucqar rayonlarda, kəndlərdə yaşayan yaşlı insanlar da müsahib ola bilirlər, istənilən bir məsələyə öz doğma dilində rəy, fikir söyləməyi bacarırlar. Onlara verilən suallara cavab verməkdən utanmır, çəkinmir və ehtiyat etmirlər. Əslində bunlar nitq mədəniyyətinin göstəriciləri kimi diqqəti cəlb edir. Halbuki keçmişdə (Sovetlər İttifaqı dövründə) insanların öz fikirlərini söyləmək bacarığı indi ilə müqayisədə çox zəif idi. Nəinki sıravi vətəndaşlar, hətta bir çox ziyalılar müstəqil danışmağı, onlara verilən hər hansı bir suala müstəqil cavab verməyi bacarmırdılar. Nitq mədəniyyətinin geriliyi açıq-aydın şəkildə hiss olunurdu. Tanınmış jurnalist Akif Cabbarlının təcrübəsinə əsaslanan mövqeyinə görə, o vaxt radioda, televiziyada fikrini sərbəst ifadə etməyi bacaran müsahibləri tapmaq çox çətin idi. Az qala müsahiblər hazır mətnləri əzbərləməklə fikrlərini ifadə edirdilər. Bəzən isə bunu əzbərləməyə vaxt tapmadıqları üçün özlərini də, onlardan müsahibə götürən jurnalistləri də minbir əziyyətə salırdılar. İndi müstəqiliyyimizin bizə verdiyi imkanlar – söz, mətbuat azadlığı, senzuranın ləğvi, özəl və regional radio, televiziya kanallarının yaradılması elə mühit formalaşdırıbdır ki, insanlar öz fikirlərini söyləyir, cəmiyyətə çatdıra bilirlər. Ancaq müstəqilliyimizin yaratdığı bu imkanlardan da düzgün faydalanmaq lazımdır. Yaradılan imkandan istifadə edərək nə istəyiriksə, onu da danışa bilmərik, nə istəyiriksə, onu da deyə bilmərik. Nə istədiyini deyən, danışan, yazan jurnalistlər, aparıcılar, qəzet, radio, televiziya işçiləri var. Onların əməlləri nitq mədəniyyətinin inkişafına maneçilik göstərir, nitq mədəniyyətinin uğurlu gələcəyinə kölgə salır. Qəzet, radio, televiziya belələrindən öz yaxasını qurtarmağın yollarını tapmalıdır.

Azərbaycan cəmiyyətində dövlət tərəfindən Azərbaycan dilinə və nitq mədəniyyətinə yüksək səviyyədə qayğı, diqqət göstərilir. Elə bunun nəticəsidir ki, Azərbaycanın bütün ali təhsil müəssisələrindəki fakültələrdə, ixtisaslarda “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. Hazırlanan mütəxəssislərin Azərbaycan dilinin zənginliklərinə bələd olması və nitq mədəniyyətinin sirlərinə yiyələnməsi istiqamətində dərsliklər, dərs vəsaitləri yazılır.

Son dövrlərdə ziyalıların, vətəndaşların nitqinin mədəni olması yolunda müsbət addımlar atılır. Beləliklə, hər bir kəs anlamalıdır ki, özünü mədəni hesab edən şəxs birinci növbədə nitq mədəniyyətinə dərindən yiyələnməlidir.

D.ƏJDƏROĞLU

Son xəbərlər

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930