Canni De Byazi: Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik
Qrupda keçirdiyimiz 6 matçın hamısında yaxşı oyun nümayiş etdirmədik. Birinci turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti layiq deyildik. Pozitiv yoldayıq. Komanda inkişaf edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunda Qazaxıstan millisini qəbul edən futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq.

“Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir", - deyə baş məşqçi əlavə edib.

Azərbaycan yığmasının tarixində indiyədək ardıcıl 3 qələbə əldə etmədiyini xatırladan baş məşqçi vurğulayıb ki, futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmadan uğur tələb edilir. Mən gələndən sonra Cəlal Hüseynov, Musa Qurbanlı və digər gənc oyunçulara şans verilib. Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xallarının sayını 10-a çatdıran Azərbaycan millisi qrup ikinci pillədə başa vurub. On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Qrupda yer alan Slovakiya 7 xalla üçüncü, Belarus isə 3 xalla sonuncu – dördüncü olub.

Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstan millisinə qalib gəlməyi bacarıb. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələmişdi.

Son xəbərlər

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31