Yığmanın baş məşqçisi: Bizi Slovakiya yığması ilə ağır oyun gözləyir
UEFA Millətlər Liqası çərçivəsində iyunun 10-da "Dalğa Arena"da Azərbaycan - Slovakiya oyunu keçiriləcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı təşkil edilən mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın üzvü Emin Mahmudov öz fikirlərini bildiriblər.

Canni De Byazi Qazaxıstan və Belarusla oyunlarda rəqiblərdən üstün və keyfiyyətli oyun nümayiş etdirdiklərini deyib. Baş məşqçi deyib: “Keyfiyyətli oyun nümayiş etdirdik. Təəssüf ki, hələ də qol vura bilməmişik. Baxmayaraq ki, kifayət qədər şanslarımız olub. Bu amil bizi məyus edir. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşir. Bizi Slovakiya yığması ilə ağır oyun gözləyir. Onların Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

O əlavə edib ki, tənqidlərin olması normaldır. Hər kəs öz işini görür: “Çox dərinliyə getmək niyyətində deyiləm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey mümkündür.

Slovakiya millisi qrupumuzun ən güclüsüdür. Oyunçuların çoxu İtaliyada, İngiltərədə çıxış edir, yüksək keyfiyyətə malikdirlər. Oyunlarını analiz etmişik. Qazaxıstanla oyunda çoxlu qol imkanları olub, lakin dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik".

Yığmanın oyunçusu Emin Mahmudov isə bildirib ki, komandanın meydana rahat çıxmağa haqqı yoxdur. Tam gücümüzlə mübarizə aparmalı, əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. İlk iki oyunda qalib gələ bilməmişik. Bu dəfə uğurlu nəticə üçün çalışacağıq.

“Bəzən şanssızlıq olur, bəzən rəqib qapıçılar yaxşı qurtarış edir. Bəzi epizodlarda da dəqiqlik çatmır. Ya son zərbə, ya da ötürmə dəqiq olmur ki, hücumu qolla tamamlayaq. Slovakiya millisinin Bakıya qalib və ya məğlub gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar qələbə qazanmaq üçün yüz faizlik güclərini ortaya qoyacaqlar. Yeni baş məşqçinin rəhbərliyi altında oynayacaqlar. Ancaq biz də qələbə üçün əlimizdən gələni edəcəyik ki, onları məyus edək”.

Son xəbərlər

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31