Tələbə qızlar üçün KİRAYƏ EV VAR: Bəs tələbə oğlanlar?.. - ƏNƏNƏVİ PROBLEM


"Yalnız qızlar üçün" başlıqlı elanlarla hər gün qarşılaşırıq. Ev sahiblərinin əksəriyyəti mənzillərini daha çox subay qadınlara, xüsusən də tələbə qızlara kirayə vermək istəyir. Oğlan adı gələndə çoxları qəti şəkildə "yox" cavabını verirlər.

Mənzil sahiblərinin böyük əksəriyyəti bunun səbəbini qızların daha məsuliyyətli, evə, əşyalara qarşı daha ehtiyatlı, səliqəli davranması ilə əlaqələndirirlər. Tələbə oğlanların evi daha çox istismar etdiyini düşünürlər.

Ekspertlər isə deyir ki, problem bu günün deyil. Əvvəllər də tələbə oğlanlar ev tapmaqda çətinliklər çəkiblər.

Sosioloq Sadiq Rüstəmlinin sözlərinə görə, oğlanlara ev verilməməsinin səbəbi qızlarla müqayisədə evi təmiz saxlaya bilməmələri, evdəki əşyalarla olduqca kobud rəftardır. Bundan başqa, bir çox hallarda iki oğlan tələbə götürdüyü mənzilə başqa oğlan dostlarını da gizli şəkildə yerləşdirirlər ki, bu da adətən evini kirayə verən insanın narahatlığına səbəb olur.

Ümumiyyətlə, azərbaycanlı oğlanlar kirayə ev öhdəliklərinə riayət edə bilmir: "Qız uşaqları evdən daha səliqəli istifadə edirlər. Oğlanlar isə bu istiqamətdə xeyli çətinliklərlə üzləşirlər. Təbii ki, mentalitet məsələlərinin də rolu böyükdür. Bəzən ailələr öz həyətlərində olan mənzilləri kirayə verir və istəmirlər ki, burada yad adamlar, xüsusilə də oğlan uşaqları yaşasınlar. Bəzi ailələr evdəki bir otağı kirayə verirlər. Bu, daha çox qızlara əlverişli şərait yaradır. Oğlanlar üçün imkanlar məhdudlaşır. Buna görə də bir sıra proyektlərin həyata keçirilməsinə ehtiyac yaranıb. Belə layihələri həyata keçirərkən oğlan tələbələrin yerləşdirilməsinə fokuslanmaq lazımdır. Bu, onların tərbiyəsi ilə bağlı cəmiyyətdə neqativ halların formalaşmasının da qarşısını alar. Düşünürəm ki, belə olsa, onların təhsilə meyli də artar. Proqramın genişləndirilməsi fonunda növbəti mərhələdə qız uşaqlarının kirayə problemini həll etmək lazımdır”.

Ekspert deyib ki, digər önəmli səbəb isə qızlardan fərqli olaraq kirayə yaşayan oğlan tələbələr evləri tez-tez dəyişə bilirlər. Çox halda bir neçə tələbə bir evdə kirayə qalır. Aralarında mübahisə düşən kimi biri digərindən aralanır ki, yox, mən artıq sənlə qalmaq istəmirəm:

“Bu zaman onlar mənzil sahibinə müraciət edirlər ki, məsələn, "biz 4 nəfər idik, iki nəfər getdi. Kirayə qiymətini yarıbayarı azaldın". Təbii ki, bu da kirayə verənə sərfəli olmur. Yəni bu baxımdan oğlan tələbələr bəzən 9 aylıq tədris müddətində bir neçə dəfə ev dəyişirlər. Hətta eləsi olub ki, 5 dəfə mənzil dəyişən tələbələrə rast gəlmişəm. Təsəvvür edin, onların orada gələn aylarda qalıb, qalmayacaqları qeyri-müəyyəndir. Əksəriyyəti üçün fərqi olmur harada qalmaları. Təki onlara yer olsun. Hətta bəzən kirayə ev verənlər şikayətlənirlər ki, hansısa bir müddətə, aya çatanda tələbə oğlan borclu qalır. O pulu verməmək üçün belə evi tərk edirlər. Qısacası, ev sahibinə ciddi ziyan vururlar".

Sosioloqun fikrincə, kirayə mənzillər verilərkən müqavilə bağlanarsa, hüquqi qaydada bu münasibətlər tənzimlənərsə, belə söhbətlərə yavaş-yavaş son qoyular:

"Kirayə mənzillərin verilməsi daha çox qara bazarda maklerlərə hörmət edilməsi ilə reallaşır, heç bir hüquqi əsası olmadığı üçün də bu problemlər yaranır. Halbuki, tələbələrə mənzil kirayə verilərkən mənzilin oğlan-qız üstündə dayanması əsassızdır".

Son xəbərlər

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31