Xəbərlər
11.09.2022, 00:46
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığmamız buna təsnifat mərhələsinin sonuncu turunun oyununda nail olub.
D qrupunda mübarizə aparan millimiz səfərdə Avstriya yığması ilə qarşılaşıb. Yığmamız rəqibini 3:1 hesabı ilə məğlub edib.
Millimiz ardıcıl 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni "Avro-2005"də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan "Avro-2023"ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya millisi tutub. Azərbaycan qrup ikincisi kimi mərhələ adlayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay