Türk Hava Yolları UEFA Çempionlar Liqasının final oyununa sponsorluq edəcək
Türk Hava Yolları (THY) 2023-cü ildə İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının final oyununa sponsorluq edəcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türk Hava Yollarının UEFA Çempionlar Liqasının final oyununa sponsorluğu ilə bağlı rəsmi mərasim THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri professor Ahmet Bolat, şirkətin yüksəkvəzifəli rəsmiləri, Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin iştirakı ilə baş tutub.

Hər il 129 ölkədən milyonlarla insanı mənzil başına çatdıran Türk Hava Yolları gələn il iyunun 10-da UEFA Çempionlar Liqasının final oyununa rəsmi sponsorluq edəcək. Final oyunu Atatürk Olimpiya Stadionunda keçiriləcək.

THY-nin rəsmi sponsoru olduğu UEFA Çempionlar Liqası 70-dən çox yayım şirkəti vasitəsilə 200 ölkədə 678 milyon izləyiciyə çatdırılır.

Müqavilə çərçivəsində Türkiyənin milli bayraq daşıyıcısı UEFA Superkuboku, UEFA Futzal Çempionlar Liqası finalları və UEFA Gənclər Liqasının final oyunları ilə rəsmi sponsor kimi əməkdaşlıq edəcək.

Sponsorluqla bağlı THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri professor Ahmet Bolat "Ölkəmizin bayraqdar hava yolu şirkəti olaraq, ən böyük idman tədbirlərindən biri olan UEFA Çempionlar Liqasına sponsorluq etməkdən xoşbəxtik" -, deyə bildirib.

Türk Hava Yolları EURO 2016-nın rəsmi hava yolu sponsoru kimi UEFA ilə əməkdaşlıq edən dünyada ilk hava yolu şirkəti olub.

Bayraqdar aviaşirkət, həmçinin “Barselona”, “Mançester Yunayted”, “Borussia Dortmund”, “Olympique de Marseille” və “River” kimi məşhur komandalara sponsorluq edib. Türk Hava Yollarının sponsorluğu ilə çəkilən "The Selfie Shootout" roliki bütün zamanların ən çox baxılan reklamlarından biridir. Bu rolikdə dünyanın məşhur basketbolçusu Kobe Brayant və əfsanəvi futbolçu Lionel Messi çəkiliblər.

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930