“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında təşkil edilən “Dəniz kuboku” müsabiqəsinin başa çatması ilə əlaqədar avqustun 25-də Bakıda təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, hərbi attaşelər, iştirakçı dövlətlərin, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar qatılıblar.

Əvvəlcə Azərbaycan və “Dəniz kuboku” haqqında videoçarx nümayiş etdirilib, qalibiyyət kuboku və “Dəniz kuboku” müsabiqəsində iştirak edən komandaların dövlət bayraqları meydana gətirilib.

Qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Yarışda bərabər xal toplayaraq birinciliyi paylaşan Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib.

Bildirilib ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə beşinci ildir ki, Azərbaycan ev sahibliyi edir. Ötən illərdə olduğu kimi, bu il də bu müsabiqənin şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı qeyd olunub. “Dəniz kuboku” müsabiqəsinin dostluq, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində keçdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiyanın hərbi dənizçiləri “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayıblar. Hərbçilərimiz “Dəniz kuboku” müsabiqəsində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Müsabiqənin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri 225 xal toplayaraq birinci, Qazaxıstan komandası 208 xalla ikinci, İran komandası isə 178 xalla üçüncü yerə layiq görülüb.
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

Son xəbərlər

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

İki Vətənin Arasında – xatirələrim, yolum və mən - FOTO

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

Qaradağda yük maşını aşıb

Premyer Liqada I tura bu gün yekun vurulacaq

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31