Qurban Qurbanov: “Viktoriya" klubu standart vəziyyətlərdə təhlükəli olur
“Viktoriya" klubu standart vəziyyətlərdə təhlükəli olur. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq.

“Maksim Medvedev və Kevin Medinadan başqa bütün oyunçular sağlamdır. Hamı oyuna hazırlaşır. Sadəcə 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur. Hər şeyə hazır olmalıyıq. Rəqibin çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma hücumda da güclüdürlər. Rəqibin ancaq qapanacaqlarını düşünsək yanlış olar. “Viktoriya” klubu həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq", - deyə Q.Qurbanov əlavə edib.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı ilk görüşdə hesab açılmayıb.

Son xəbərlər

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31