Zelenskinin azərbaycanlı dostu: “Qarabağ məsələsində bizi dəstəkləməməsi mümkün deyil”

Şakir Eminbəyli: "Onun peşəkarlığına əminəm”


Ukraynada aprelin 21-i keçirilmiş prezident seçkilərinin nəticələrinə görə, şoumen Vladimir Zelenski qalib gəldi və ölkə başçısı seçildi. Prezident seçkilərinə qədər Vladimir Zelenski "95-ci kvartal" stand-up şousunun yaradıcısı, "Qudalar" serialının prodüseri, "Xalqın xidmətçisi", "Böyük şəhərdə sevgi" və "İlk 8 görüş" seriallarının qəhrəmanı kimi tanınıb.

V.Zelenskinin prezident seçilməsindən sonra sosial şəbəkələrdə onun Azərbaycanın Qəbələ şəhərində çəkilən fotoları yayıldı. Məlum oldu ki, Zelenski bir neçə il əvvəl şoumen kimi ölkəmizə dəvət olunub və Qəbələdə təşkil edilən layihədə iştirak edib.


Azərbaycanda onunla birlikdə həmin layihədə iştirak etmiş jurnalist Şakir Eminbəyli yeni prezident haqqında suallarımızı cavablandırdı. O, Modern.az-a müsahibəsində xüsusi qeyd etdi ki, Vladimir Zelenskini və onun "Kvartal 95" şirkətini Qəbələyə "Xəzər Travel" turizm agentliyinin rəhbəri Rüfət Hacıyev dəvət edib.

- Bəs sizin Zelenski ilə tanışlığının tarixçəsi necədir?


- Mən də onunla agentliyin həyata keçirdiyi layihə çərçivəsində tanış olmuşam. Münasibətlərimiz dostluq səviyyəsinə qədər yaxşı olub.


- Onun ölkəmizlə bağlı təəssüratları necə oldu?


- Zelenski dost ölkəyə gəldi. Söhbət açdığım layihə çərçivəsində əməkdaşlıq məqsədilə regionlarımızı gəzdi. Daha çox Qəbələdə həmin layihə keçirilən obyektlərə baxmaq üçün gəlmişdi. Biz onu elə özümüzə xas qonaqpərvərliklə qarşıladıq. Sözsüz ki, Azərbaycanın mühitindən, təbiətindən, insanlarımızın münasibətindən razılığını ifadə etdi. Bu ilkin səfər nəticəsində 2018-ci ilin yanvar ayında Rüfət Hacıyevin Vladimir Zelenski və onun komandasının iştirakı ilə həyata keçirmək istədiyi layihə möhtəşəm şəkildə reallaşdı.


- Ze
lenskinin Azərbaycana dostluq münasibətinin olduğunu ifadə etdiniz. Prezidentliyi dövründə atacağı addımlarda da dostluq münasibətini saxlayacağını düşünə bilərikmi?


- Azərbaycan və Ukrayna arasında hazırda çox yaxşı, isti münasibətlər, əməkdaşlıq mövcuddur. Hər iki ölkə rəhbərliyi çox istəyər ki, bu dövlətlər arasında iqtisadi, ticarət münasibətləri daha da yaxşılaşsın. Heç kəsə sirr deyil ki, dövlət idarəçiliyində rəhbərlər arasındakı şəxsi münasibətlər də rol oynayır. Ukraynanın hazırkı prezidentinin ölkəmizə qarşı münasibətini, Azərbaycanla birbaşa təmaslarını, burada çoxlu dostlarının olmasını nəzərə alsaq, həmin vəziyyət lehimizədir. Düşünürəm ki, siyasət baxımından bu əlaqələrdən yararlanmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan siyasi rəhbərliyi də bununla bağlı lazımi addımları atacaq və Ukraynanın yeni seçilmiş prezidenti ilə dövlət səviyyəsində əlaqələr qurulacaq.


- Bəzi siyasi şərhçilər Vladimir Zelenskinin şoumen olmasının prezidentlik fəaliyyətində səriştəsizliyinə səbəb olacağını iddia edirlər…


- Mən siyasətçi deyiləm. Amma bizim politoloqlar inciməsinlər, əsassız iddialarla çıxış etdilər. Prezident seçilmiş şəxsin əvvəllər məşğul olduğu əsas peşəsinin siyasətə nə aiddiyyəti var? V.Zelenski media, internet, əyləncə sahəsində öz yerini, mövqeyini tutmuş güclü və uğurlu şirkət yaradıb. Onun menecerlik qabiliyyəti, idarəçilik bacarıqları yüksək səviyyədədir. Ətrafına yığdığı komandanın peşəkarlığından da, ərsəyə gətirdiyi uğurlu işlərdən də idarəçiliyinin effektivliyi görünür. O, dövlətin idarəsində də menecerlik bacarıqlarını nümayiş etdirə biləcək. Aktyoru prezident seçəndə özü ilə səhnəyə çıxmış adamı müdafiə naziri təyin edəsi deyil ki... Bu məsələlər peşəkar səviyyədə təşkil olunacaq. Mən isə Zelenskinin peşəkarlığına əminəm. Öz ətrafına işini bilən, öz sahəsinin peşəkarlarını toplayacaq və siyasətini uğurla həyata keçirəcək.



- Prezident olmaq iddiası sizcə, əvvəldən onun planları arasında olub?


- Vladimir Zelenski və onun komandası dünyada misli bərabəri olmayan layihəni həyata keçirdilər. Əvvəlcə prezidentin prototipini kinoda yaratdılar. Sonra isə həmin prototipə uyğun olaraq, uğurlu prezident kampaniyasını həyata keçirdilər və qalib gəldilər. Ümid edirəm, sonda filmdəki kimi ölkə qazanacaq. Düzdür, Vladimir Zelenski üçün kinoda etdiklərini gerçək həyatda reallaşdırmaq çətin olacaq. Çünki Ukraynanın mövcud qanunvericiliyi, siyasi quruluşu fərqlidir. Amma yeni prezidentin bu işin də öhdəsindən gələcəyinə şübhəm yoxdur.


- Ukrayna 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı ilə üzləşdi. Elə həmin dövrdən bu ölkələr arasında mübahisəli məsələlər qalmaqdadır. Yeni prezidentin buna münasibəti ilə əlaqədar diqqətinizi çəkən məqam olubmu?


- Ukraynada tək Krım deyil, Donetsk və Luqansk vilayətləri ilə bağlı da oxşar vəziyyət hökm sürür. Rusiya orada yaşayan Ukrayna vətəndaşlarının Rusiya pastortu alması üçün sadələşdirilmiş qanun layihəsini təsdiqlədi. Nəticədə Ukrayna vətəndaşlarının Rusiya pasportu alması asanlaşdı. Bu isə artıq birbaşa dövlətin işinə qarışmaq deməkdir. Ukrayna da bununla bağlı bəyanat verdi. Mövcud vəziyyət Zelenskinin də, ondan sonrakı prezidentlərin də idarəçiliyini çətinləşdirir.


- Ukrayna prezidentindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı adekvat münasibət gözləyə bilərikmi?


- İşğal faktoru hər iki ölkəni birləşdirən məqamdır. Qarabağla bağlı Vladimir Zelenskinin bizi dəstəkləməməsi mümkün deyil. Çünki hər iki dövlət ərazi problemləri yaşayır. Biz Ermənistanın işğalına məruz qalmışıq, Ukrayna isə Krımın ilhaqı ilə üzləşib. Bu problemlər dünya tərəfindən də qəbul edilir. Ona görə, Ukraynanın da Azərbaycanın ərazi bütövülyü mövqeyindən çıxış edəcəyini düşünürəm.

Son xəbərlər

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930