Polad Həşimovun anası Sahil Babayevi TƏNQİD ETDİ
“Məmurların hamısı sanki bir cərgədədirlər. Qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını vurub dağıdıblar, nazir Sahil Babayevin borcu idi ki, onların problemini dinləsin, yardım etsin. Sahil Babayev bu iki ildə bir qazinin evinə gedibmi?! Zəng vurub bir şəhid ailəsindən xəbər bilibmi? Bir dəfə düşünübmü ki, bu ananın övladı mənim yolumda şəhid olub, maraqlanım görüm harada, nə vəziyyətdə yaşayır?”.

Turaztv.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

Hər zaman haqqı dediyini bildirən S.Həşimova hər kəlməsinin əvvəlində və sonunda Allah olduğunu vurğulayıb:

“Heç kəs dəli deyil ki, haranınsa qapısını dayandığı yerdə qırsın. Necə olur ki, qazi gedib vuruşanda ağıllı idi, indi haqqını tələb edəndə dəli olur? Artıq iki ildən çoxdur. Mən danışıb-dinmirəmsə, o demək deyil ki, hər şey yaxşıdır. Azərbaycanın bir generalı ölüb, Sahil Babayev mənim, şəhid ailələrinin qapısına piyada gəlməli idi. Gecə, gündüz fərq etməz, bir dəfə gəlməli idi”.

Onun sözlərinə görə, narazılığını ifadə edən qazilər haqlarını tələb edirlər və haqlıdırlar:

“Qazilər nə edibsə, düz edib. Şəhid valideynləri nə deyirsə, düz deyir. İki şəhid valideyninə bir az pul verib ağzını bağlamaqla dünya düzələn deyil. O uşaqlar hamısı gedib vuruşub, qolunu, ayağını, gözünü qoyub gəliblər, indi də haqlarını tələb edirlər. Haqqı tələb etdiklərinə görə dəlidirlər?! Xeyr! Qazilərimizi pis qələmə verməsinlər! Onlar nə tələb edirlərsə, dinləsinlər, layiqincə problemlərini həll etsinlər. Onlar ədalət tələb edirlər. Niyə vuruşmamışdan əvvəl, qolunu-qıçını itirməmişdən qabaq gedib Sahil Babayevin qapısında durmurdular? Deməli, indi haqları var ki, o qapıda dayanıb nəsə tələb edirlər”.

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31