Qurban Qurbanov: Doqquz gündə eyni rəqiblə 3 dəfə qarşılaşmaq futbolçulara mənfi təsir edir
Bu komandaya qarşı oynamaq xoşdur. Amma 9 gün ərzində eyni rəqiblə 3 dəfə qarşılaşmaq futbolçulara mənfi təsir edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.

Əlli yaşlı mütəxəssis vacib qalibiyyət əldə etdiklərini bildirib: “Futbolçularım çox əziyyət çəkdi. Neçə gündür yaxınlarından, doğmalarından uzaqdadırlar. Bu mənada, bir az psixoloji yorğunluq var idi. Oyun kənardan sönük görünə bilər. Amma ümumi göstəricilərə baxsaq, oyunçularımın xeyli güc sərf etdiklərini görmək olar. “Qəbələ” də uduzmaq istəmirdi. Rəqibə uğurlar arzulayıram”.

Komandasını “qırmızı-qaralar”la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçına yaxşı hazırlayacağını söyləyən Q.Qurbanov hələlik çempionluq barədə düşünmədiyini vurğulayıb: “Amma reallığa baxsaq, ola bilər. “Neftçi” də məğlub olmaq istəmir. Sonadək mübarizə aparmaq əzmindədir. Bundan sonrakı məğlubiyyətlər çempionluğumuza maneə ola bilər. Bunu düşünmədən qarşıdakı matçlara ciddi hazırlaşacağıq ki, rəqibə şans verməyək. Bilirsiniz ki, mən hər zaman ehtiyatlanıram. Bir şeyi qazanmamışamsa, əminliklə danışa bilmərəm. Çünki məndən asılı olmayan səbəblər var”.

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov isə oyunun komandası üçün çətin keçdiyini etiraf edib: “Matça ciddi hazırlaşmışdıq. Amma heyətdə itkilərimiz var idi ki, bu da oyunumuza mənfi təsir göstərdi. “Qarabağ”ın gücünə bələdik. Bu gün belə kasad heyətlə meydanda nələrsə etməyə çalışdıq. Gücümüz buna çatdı”.

46 yaşlı mütəxəssis uğursuzluğun səbəbini də açıqlayıb: “Komandada elə bir dəyişiklik yoxdur. Sadəcə, əsas heyət üzvləri zədəli olduqları üçün bizə kömək edə bilmirlər. Meydana gənc oyunçularla çıxırıq. Uğursuzluğun əsas səbəbi budur. 3-4 gündən bir oynamaq üçün geniş heyətiniz olmalıdır. Bu gün kim hazırdırsa, meydana da onlar çıxır”.

Son xəbərlər

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31