Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu ...
Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü işlər təqdirəlayiqdir

Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da bu sahədə böyük uğurlara imza atıb. Azərbaycanın birinci vitse-prezidenti, Fondun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi milli-mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilmişdir. Onu da qeyd edək ki, tolerantlıq ənənələrinin təblığində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımı səxavətli bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi layiqli töhfədir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də hətta Azərbaycandan kənarda olan digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da bizim tolerant və sülhpərvər xalq olduğumuzun əyani sübutudur.
Azərbaycan xalqı da bugünədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli varlığını, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, 13 maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bugünədək qorunub saxlanıb. Bu zəngin irslərdən biri də muğamlarımızdır.
Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Nəsildən-nəslə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxmışdır. YUNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O,artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".
Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam-ensiklopediyası… Və nəhayət, Azərbaycanda qeyri-adi, gözəl, orijinal bina ucaldı - Muğam mərkəzi. Bu möhtəşəm binada muğama həsr olunmuş olduqca maraqlı konsertlər, festivallar, yüksək səviyyəli gecələr keçirilməyə başlandı.

Adət-ənənələri və milli-mənəvi dəyərləri yasadanlar

Bu gün adət-ənənənin, milli-mənəvi dəyərlərin kökə qayidış istiqamətində, milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həmçinin elmi-nəzəri əsaslara söykənməlidir. Xüsusilə televiziyanın, mətbuatın, milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması vacib məsələ kimi realizə olunmalıdır. Müasir dövrdə ən aktual problemlərdən biri qloballasma prosesi ilə milli adət-ənənələr arasinda optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Istər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirilməlidir.
Milli-mənəvi dəyərlər bədii ədəbiyyatda formalaşır

İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədənimənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır. İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, social və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsili və s. bu kimi elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən bədii ədəbiyyat təsiri ilə formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Bayağı mədəniyyətin ayaq açıb yeridiyi, xarici ölkələrdən millimənəvi mühitimizə yabançı olan təsirlərinin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır.
Adət-ənənənin milli dəyər kimi yaşaması ailədən başlayır. Hər bir xalqın mövcudliğunun əsas göstəricisi olan adət və ənənələr, milli-mənəvi dəyərlər onun tükənməyən ən qiymətli sərvətidir.
Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Adət-ənənənin milli dəyər kimi yaşamasi ailədən başlayır və cəmiyyət tərəfindən qəbul edilir, millətin, dövlətin atributinə çevrilərək gələcək nəsillər tərəfindən qorunur. Azərbaycan ailəsinin uzunömürlülüyü məhz bu ənənəyə söykənir. Ağsaqqal, ağbirçək məsləhəti gənclərin ailə qurmasinda mühüm rol oynayır ki, bu da ailənin uzunömürlülüyünün əsas göstəricisidir.
Dünya şöhrətli yazıçı Aleksandr Düma təsadüfi deyil ki, Azərbaycan adət-ənənələrini çox bəyənmiş və öz xatirələrində yazmışdır. Böyük rus yazıçısı Lev Tolstoy “Hacı Murad” əsərini məhz Azərbaycan adətənənələri əsasinda yazmış, kişilik, mərdlik, namus, qeyrət, alicənablılıq və s. kimi dəyərləri yüksək qiymətləndirmişdir. Dünya xalqları arasinda milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan davranış qaydalarıdır. Bu qaydalar dünya svilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır.
Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan davranış qaydalarıdır. Bu qaydalar dünya svilizasiyasinin təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət- ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır.
Azərbaycan xalqı bu günədək məhz milli mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır.
Milli-mənəvi dəyərlərin gələcək nəslə aşılanması

Milli dəyərlərə söykənən dövlət quruluculuğu xalqın milli şüuruna,mənəvi dəyərlərinə istinad edir və dediklərimizin gənc nəsilə aşılanması ən vacib məsələlərindən biridir. Mənəviyyat insanın daxili dünyasıdır. Orada gözəllik də var, çirkinlik də, mərdlik də var, namərdlik də, şərafət də var, qəbahət də... Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik və əxlaqi saflıqdır; mənəvi təmizlik və büllurluqdur; halallıq və gözütoxluqdur; xeyirxahlıq və mərdanəlikdir...Bunların hamısının zirvəsində isə adil vicdan dayanır. Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adətənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adətənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.
Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman
yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz,
mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir.
Tağı Baba oğlu Tağızadə

Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR
Tağı Baba oğlu TAĞIZADƏ - Gənc nəslin yetişməsində milli dəyərlərimizin rolu - FOTOLAR

Son xəbərlər

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031