Hikmət Babaoğlu: Diplomatiya milli gücün beyni hesab olunurDiplomatiya milli gücün beyni hesab olunur. Milli gücün kəmiyyətlə keyfiyyət komponentlərinin məcmusu və o potensialın gücə çevrilməsi məhz diplomatiya ilə əlaqədardır. Diplomatiya həm də mümkün olmayanı mümkünetmə sənəti adlandırılır. Buna görə də dövlətlərarası münasibətlərdə diplomatiya çox mühüm bir peşə kimi beynəlxalq nizamın keyfiyyətini təyin edən bir vasitədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.


Deputat qeyd edib ki, Azərbaycanda da çox peşəkar, öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, diplomatik müstəvidə ideya və fikir istehsal etməyi bacaran, xalqımızın, dövlətimizin diplomatiya sahəsində maraqlarını səmərəli şəkildə realizə etməyi bilən çoxsaylı diplomatik korpusumuzun mövcudluğu sevindirici haldır. Diplomatiya institutu, şübhəsiz ki, hər bir ölkənin siyasi sistemi və onun müəyyənləşdirdiyi xarici siyasət strategiyası ilə üzvi şəkildə bağlıdır.

H.Babaoğlu diqqətə çatdırıb ki, milli maraqlarımıza söykənən, universal və tarazlaşdırılmış xarici siyasətin həyata keçirilməsində milli diplomatlarımızın çox böyük rolu var: “Diplomatiyanın keyfiyyəti isə xalqı milli məqsədlərə çatdıran vasitə kimi çıxış etməkdədir. Ona görə də diplomatlar üçün xüsusi bir günün ayrılması, onların peşə bayramının qeyd olunması da təqdirəlayiq haldır. Əgər beynəlxalq nizamı xalqların mübarizə platforması kimi qiymətləndirsək, onda qeyd edə bilərik ki, diplomatik cəbhədə Azərbaycan adından savaşan məhz bizim diplomatlarımızdır. Bu işdə onların hər birinə uğurlar arzu edir, Azərbaycan diplomatiya institutunun daha da inkişaf etməsini və xalqımıza daha çox mənfəətlər gətirməsini diləyirik”.

Son xəbərlər

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Səssiz ziyalılıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31