DÖVLƏTÇİLİK və VƏTƏNPƏRVƏRLİYİN  ƏSAS TƏMINATÇISI
Hakimiyyətdə olduğu dövrlərdə ona bəslənilən ümidləri birmənalı şəkildə doğruldan Prezident İlham Əliyev yüksək intellekti, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri, müasir dövrün reallıqlarından irəli gələn siyasi mənzərəni qiymətləndirmək bacarığı ilə təkcə ölkəmizdə deyil, eyni zamanda, bütün dünyada mahir dövlət xadimi kimi böyük nüfuz qazanmışdır.

Dövlət başçısının həyata keçirdiyi siyasi kursun əsas istiqamətlərinə diqqət yetirmək kifayətdir ki, onun hər addımda dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyi görünsün. Birmənalı şəkildə deyə bilərik ki, bu gün özünün liderlik keyfiyyəti ilə dünya azərbaycanlılarını ümumi ideya və məqsəd ətrafında birləşdirən cənab
İlham Əliyev dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq kimi mühüm prinsiplərin əsas təminatçısıdır. Onun yürütdüyü balanslı diplomatiya sayəsində ölkəmiz dünyanın güc mərkəzlərinin təkcə Cənubi Qafqaz regionunda deyil, həm də digər bölgələrdə toqquşan maraqlarını optimal şəkildə uzlaşdırmaqla beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən etibarlı strateji tərəfdaşa çevrilmişdir. Məhz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təsadüfi deyil ki, sahib olduğu təbii resurslardan düzgün istifadə etməklə respublikamız son illər yaşanan ümumdünya maliyyə böhranından nəinki ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri kimi çıxdı, hətta maliyyə imkanlarını genişləndirərək bütün sosial layihələri davam etdirmək yolunu seçdi.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənməkdə, qüdrətlənməkdədir. Daim xalqın dəstəyini alan ölkə rəhbəri bütün xarici təhdidlərə, təzyiqlərə, siyasi şantajlara baxmayaraq, milli maraq və mənafeyimizi əzmlə qoruyur, daxili və xarici düşmənlərə mərkli planlarının həyata keçməsinə heç vaxt imkan verməyəcəyi mesajını qətiyyətlə verir: “Heç kim bizimlə diktə dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.
Əsl liderlik də məhz budur - daim xalqın yüksək sosial rifahını, ölkənin iqtisadi qüdrətini, müstəqilliyini düşünmək!

Cəmil Zəbhullaoğlu,
AJB-nin üzvü

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31