Azərbaycandan Rusiyaya alma və pomidorun dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddəti uzadılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əməkdaşlığın genişləndirilməsi, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoq mühitinin mövcudluğu və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verməkdədir.

turaztv.az bildirir Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2021-ci il iyunun 11-də AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.

Bildirilib ki, bu sahədə hazırkı şəraitdə mövcud olan infrastruktur nəzərə alınaraq müddətin uzadılması ilə bağlı AQTA tərəfindən Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə rəsmi müraciət olunub, Agentliyin sədri Qoşqar Təhməzli ilə “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert arasında fevralın 14-də növbəti danışıqlar həyata keçirilib. Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib, alma və pomidor məhsullarının 2023-cü il yanvarın 1-nə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb. Birgə səmərəli fəaliyyətə, Azərbaycandan Rusiyaya alma və pomidor məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, eləcə də AQTA-nın zəmanəti əsasında bu ölkəyə məhsul ixracına icazələrin verilməsi ilə bağlı Q.Təhməzli rusiyalı həmkarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.

Hazırda ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.

Son xəbərlər

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930