İşıl Yücesoy: “Ərim üçün musiqini atdım, amma evlilik mənasız şeydir” – Müsahibə
“Yer gök aşk”, “Kara para aşk”, “Aşk və mavi” teleserialları və “Çemberimdə Gül Oya”, “Unutursam fısılda” filmləri ilə tanınan aktrisa İşıl Yücesoyun Oxu.Az-a müsahibəsi:

– Bakıya ikinci dəfədir ki, gəlirsiniz. Bu dəfə görmək istədiyiniz yerləri gəzmək şansınız oldu?

– Birinci səfərimdə yalnız İçərişəhəri və bir necə yeri gəzdirmişdilər. Amma bu dəfə görməli yerlərin hamısında oldum.

– Son olaraq sizi “Aşk və mavi” teleserialında izlədik. Yeni layihələr varmı?

– “Aşk və Mavi”də çox yoruldum. Ona görə bir az fasilə vermək istəyirəm. Hətta teatr layihəmi belə dayandırdım. Bu il daha çox musiqiyə zaman ayırmaq istəyirəm. Yeni bir mahnı çıxarmaq istəyirəm. Həmçinin, özüm yazdığım və bəstələdiyim mahnılardan ibarət “Ninnilər” adlı layihəm hazırlandı. Artıq o layihənin beş mahnısı çıxarılıb. Demək olar ki, həmin mahnılar hər yerdə, hətta seriallarda belə istifadə edilir.

– Yəni bundan sonra sizi seriallarda görməyəcəyik?

– Oynadığım bütün seriallar üç və dörd il çəkir. Yaxşı ssenari olmadan, birgə oynayacağım aktyorları tanımadan serialda çəkilmək asan deyil. Həm də artıq bundan sonra İstanbuldan kənarda çəkiləcək seriallarda oynamayacağam. İnsan ömrünün yarısı gedir. Əgər İstanbuldan yaxşı təklif gələrsə, qəbul edəcəyəm.

– Oynadığınız serialların uzunmüddətli və reytinqli olacağını necə müəyyənləşdirə bilirsiniz?

– Ssenaridən hiss edə bilirəm. Bütün seriallarda zəhmli qayınana və ya yaxşı olmayan biri rolunda olmuşam. Amma hamısı bir-birindən fərqli qadınlar olub. Xalq məni elə biri olaraq sevdi. Özüm də yaxşı bir qadını oynamağı sevmirəm.

– Həyatda da çətin qadınsınız?

– Yox. Çox yumşaq qəlbli, qısqanclığı olmayan, sevgi dolu biriyəm. Amma qaydaları olan bir xanımam. Öz qaydalarınız olmasa, uğurlu biri olmaq mümkün deyil. Bu, ailədə də belədir.

– Klassik musiqini atdıqdan sonra aktrisalığa keçməyinizin səbəbi nədir?

– Özəl bir səbəbi yoxdur. İnsanın qarşısına həyatını dəyişdirə biləcək müxtəlif şanslar çıxır. Artıq o yolu seçmək özümüzə qalır. Mən musiqiçi ailəsindənəm. Atam piano ifaçısı idi. Amma teatrda işləmək üçün şans çıxdı. Dörd il İzmirdə teatrda işlədim. Hər gün eyni şeylər olduğu üçün bezib oranı da tərk etdim.

– Deməli tez bezən insansınız.

– Bir yerdə çox qala bilmirəm. Demək olar ki, hər şeydən tez bir zamanda bezib darıxıram. Özümə başqa məşğuliyyət axtarıram.

– Müğənlilikdən sonra teatra getmək nə qədər uğurlu seçim idi?

– Evləndiyim zaman müğənnilik edirdim. Daha sonra musiqi ilə evliliyi birgə davam etdirə bilməyəcəyimi anladım. Ona görə dövlət teatrına qayıtdım. O zamanlarda da qızım oldu. 2010-cu ildə isə pensiyaya çıxdım.

– İlk serial çəkilişinizdən qazancınız nə qədər olub?

– 1999-cu ildə çəkildiyim “Ögey ata” serialında hər həftə 100 lirə qonorar alırdım. Bu rəqəm çox gülüncdür. Hətta dostlarım belə bu qiymətə çalışmağımı uyğun saymırdılar. Dostlarıma tanındıqdan sonra 100 min alacağımı deyirdim.

O zamandan sonra çox gözəl seriallarda çəkildim. Zəhmətimin qarşılığını aldım. Amma hər yerdə məni “Yer gök aşk” serialı ilə tanıdılar.

– O serilada baş rol ifaçılarının ölməsi böyük səs-küyə səbəb oldu. Reytinqli serialda sevilən aktyorların ölməsinin səbəbi nə ilə bağlı idi?

– Serialın bitməsinə iki ay qalmış özümü yaxşı hiss etmədiyimi anladım. Hissimdə də yanılmadım. Xərçəng xəstəsi olduğum məlum oldu. Amma xalq əməliyyat olunduğumu bilmədi. Çox ciddi xəstəliyin öhdəsindən gələ bildim. Bəzi səbəblərə görə serialların bitməsi məcburi olur.

– İndiyə kimi reytinqlərdə birinci olan, xarici ölkələrə satılan seriallarda oynamısınız…

– Əvvəllər hansısa serialın tutub-tutmaması ilə bağlı həyəcan keçirirdik. İndi isə bunu tez bir zamanda demək mümkün deyil. Çünki hazırda serial sektoru gənclərin əlində cəmləşib. Düzdür, aralarında yaxşı olanlar da var.

Ümumiyyətlə, hər zaman tanınan aktyorlarla bir araya gələndə serialın sevilməmə payı azalır.

– Sizinlə çalışmaq asandır?

– Əslində, rahat olduğu kimi, həm də çətindir. Çünki prinsiplərim var. Məsələn, mənə saat 13:00-da bir yerdə olmalı olduğum deyiləndə bu yaşda belə həmin vaxt orada oluram. Gecikməyi sevmirəm. Bundan sonra mən kimlərisə deyil, insanlar məni gözləməlidir.

– Musiqini bu qədər sevdiyiniz halda onu buraxma səbəbiniz nədir?

– Musiqiçilərin olduğu bir ailədə böyümüşəm. Atam klassik musiqi ilə məşğul olurdu. Həmçinin, oxuduğum konservatoriyada sayılıb-seçilən musiqiçilərdən dərs almışam. Ona görə də mənim dünyagörüşümdə başdan aşağı salfet atmaq yoxdur. Muqiçiyə gül verilməlidir.

Başdan aşağı salfet atmaq bar mədəniyyətidir. Bu səbəbdən heç vaxt barda çalışmamışam. Səhnədə olanda başımdan aşağı salfetka atıldı. Bu zaman musiqini buraxma haqqında qərar verdim. Əgər barda oxumağı qəbul etsəydim, heç kimin və ən əsası, qızımın gözünün içinə baxa bilməzdim.

– Gəncliyinizdə çox böyük eşq acısı yaşamısınız.

– Heç vaxt utanmadığım sevgi hekayəm olub. Hər kəsin həyatında önəmli sevgi olur. Mən sevgiyə inanan biriyəm. Mənim də yaşadığım gənclik sevgisi idi. Ümumiyyətlə, gənclik və ilk sevgilər heç vaxt unudulmur. Bizdə də alınmadı. Ondan sonra həyatımda başqa sevdiyim insanlar oldu. Sevdiyim biri ilə evlənib 45 yaşında ana oldum.

– Həyatınızda kimsə var?

– Onu söyləyə bilmərəm. Olsa belə, açıqlaya bilmərəm.

– Yenidən evlilik düşünürsünüz?

– Heç vaxt evlənmərəm. Həyat yoldaşımdan ayrılanda 50 yaşında idim. Qızımı ögey ata ilə böyütmək istəmədim.

– Azərbaycanlı biri sizə evlilik təklif etsə, qəbul edərsiniz?

– Azərbaycan daxil olmaqla, dünyadan belə kimsə evlilik təklif etsə, qəbul etmərəm. Bundan sonra evlənmək fikrim yoxdur. Hazırda mənim üçün evlilik kimi mənasız bir məfhum mövcud deyil. Amma bayramlarda sevdiyin biri ilə romantik şam yeməyi üçün darıxırsan.

– Qızınızla münasibətiniz necədir?

– Bir gün belə qızımdan inciməmişəm. Hər kəsə belə ağıllı qız qismət olsun. Hazırda həyat yoldaşı ilə xaricdə yaşayır. Çox gözəl evliliyi var.

– 2016-ci ildə Türkiyəni birdəfəlik tərk etməyinizlə bağlı mətbuatda xəbərlər çıxdı…

– O xəbərlər yalan idi. Çünki ildə bir neçə dəfə qızımın yanına gedirəm. Həm də həmin müddətdə anamı və bacımı itirdim. Ona görə də evlərimi satıb qızımın yanına getdim. Özümü yaxşı hiss edəndən sonra geri qayıtdım. Bu səbəbdən də Türkiyəni tərk etdiyimu yazırdılar. Heç vaxt ölkəmi tərk etmərəm.

– Səhnədə evlilik təklifi almısınız?

– Yox. Kimsə buna cəsarət etməyib (gülür).

– Azərbaycandan kino və ya serial təklifi gəlsə, qəbul edərsiniz?

– Yetər ki, mənə “gəl” desinlər. Dünyadan belə olan təklifləri qəbul edərəm. Amma indiyə kimi Azərbaycandan hansısa lahiyə təklifi olmayıb.

Son xəbərlər

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir

Şimali Makedoniyanın ilk qadın prezidenti Yunanıstanla diplomatik mübahisəyə səbəb olub

Xalq artisti son zamanlar gündəmə gələn söyüşlü “Alatava” serialı haqqında danışdı - FOTO

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Türkiyə XİN: Ankara fələstinlilərin öz dövləti olana qədər onları qorumaq niyyətindədir

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb

Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var - FOTO

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq

Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül” - FOTOLAR

Azərbaycanda zəlzələ oldu

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

“Siz 24 saatın heç 4 saatını yatmırsınız”

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

İraqda Ulu Öndərin xatirəsi anılıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

BELA ZƏNGİBASARLI: DÜNYA - FOTO

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031