Xəbərlər
25.12.2021, 00:05
Gürcüstanlı seysmoloqlar İsmayıllıda yeni quraşdırılmış seysmik stansiyanın işi ilə tanış olublar
Azərbaycanda səfərdə olan Gürcüstanın İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin əməkdaşları Mixael Tserodze və Albert Buzaladze Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərovla birlikdə İsmayıllı rayonuna səfər ediblər.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində gürcüstanlı qonaqlar RSXM-nin İsmayıllı rayonunu Zərnəva yaşayış məntəqəsində yeni quraşdırılmış seysmik stansiyanın işi ilə yaxından tanış olublar.
Xatırladaq ki, İsmayıllı rayonunda Zərnəva seysmik stansiyası beynəlxalq qrant layihəsi çərçivəsində bu il quraşdırılıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay