Dövlət Dəniz Akademiyası trenajorların proqram bazasının yenilənməsi istiqamətində Rusiya şirkətləri ilə müzakirələr aparıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov, “Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev və Təlim Tədris Mərkəzinin direktoru Emil Manafovun daxil olduğu heyət üzvləri ASCO ilə Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti arasında imzalanmış çərçivə sazişinə uyğun Rusiyanın Sankt-Peterburq şəhərində bir sıra görüşlər keçiriblər.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti bir həftəlik səfərin ilk günündə Admiral S.O.Makarov adına Dövlәt Dәniz və Çay Donanması Universitetinin nəzdindəki Kollecə baş çəkiblər. Onlar Kollecin direktoru Albert Sbitniyevlə, eləcə də professor-müəllim heyəti və tələbələrlə görüşüblər. Burada ADDA-nın nəzdindəki Dövlət Dənizçilik Kolleci ilə əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.

Heyət üzvləri Dəniz Tədris Təlim Mərkəzinə gələrək buradakı hovuz kompleksi, xilasedici alətlər, yanğından mühafizə və digər təlim avadanlıqlarına, eləcə də təlim proseslərinə baxış keçirib.

Sankt-Peterburqda dənizçiliklə bağlı trenajor və simulyatorların istehsalı ilə məşğul olan tanınmış şirkətlərlə görüşlərdə isə ADDA-nın və onun nəzdindəki Təlim Tədris Mərkəzinin trenajorlarının proqram bazasının təkmilləşdirilməsi və ya yenilənməsi istiqamətində əməkdaşlıq müzakirə edilib.

Səfər çərçivəsində qonaqlar Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin “Dəniz donanmasının və Akademiyanın tarixi” muzeyi, Beynəlxalq Nəqliyyat Menecmenti İnstitutu, Əlavə Peşə Təhsili İnsitutu, Rusiyanın müasir və qabaqcıl gəmiçilik şirkətlərindən olan “Sovkomflot”un təlim-tədris mərkəzində də olublar. Akademiyanın əməkdaşları Admiral S.O.Makarov adına Dövlәt Dәniz və Çay Donanması Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüblər.

Səfərin sonunda Universitetinin rektoru Sergey Barışnikovun sədrliyi ilə müşavirə təşkil olunub. Müşavirədə səfər çərçivəsində keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılıb, qəbul olunmuş qərarların həyata keçirilməsi istiqamətində danışıqlar baş tutub.

Xatırladaq ki, cari ildə ASCO sədri Rauf Vəliyev və Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması Universitetinin rektoru Sergey Barişnikov “Akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə Sazişi” imzalayıblar. Sazişin əsas məqsədi tərəflər arasında peşə təhsili, gəmiçilik, gəmiqayırma və gəmi təmiri üzrə mütəxəssislərin hazırlanması, həmçinin göstərilən istiqamətlərdə elmi fəaliyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Dövlət Dəniz Akademiyası trenajorların proqram bazasının yenilənməsi istiqamətində Rusiya şirkətləri ilə müzakirələr aparıb
Dövlət Dəniz Akademiyası trenajorların proqram bazasının yenilənməsi istiqamətində Rusiya şirkətləri ilə müzakirələr aparıb

Son xəbərlər

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31