İlham Əliyevin “Zəngəzur cədvəli” şərti: İrəvan “ya olum, ya da ölüm” qarşısında - İNCƏLƏMƏ...

Prezident İlham Əliyevin dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşündəki çıxışını Zəngəzur dəhlizi ilə bağlı Ermənistana növbəti şərtli çağırış kimi qiymətləndirmək olar. Amma bu şərt əvvəlki aylardan fərqli olaraq yeni müstəviyə keçib.

İlham Əliyevin bəyanatı danışıqların bəzi detallarının mahiyyətinə vurğudur.

Əvvəlcədən də Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın Ermənistandan qrafik və cədvəl tələb etməsi barədə yazılarımız olub, amma bunu sadəcə versiyaların güclüsü kimi təqdim edirdik.

İndi isə həmin versiyaları arqumentə çevirən açıqlamanı Prezidentin çıxışında görmək mümkündür.

Bəli, Azərbaycan danışıqlarda İrəvandan tələb edir ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsində infrastruktur layihələrinin başlamasına dair qrafik tərtib etsin və bu qrafik barədə Bakıya aydın məlumatlar versin.

Bu, həm də onu göstərir ki, noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdə qrafikin dəqiqləşdirilməsi üçün Nikol Paşinyan qarşısında şərtlər qoyulub.

Elə bu görüşdən sonra üçtərəfli komissiyanın Moskvada görüşü də həmin cədvəllə bağlı iqtisadi aspektləri özündə birləşdirən mövqelərin öyrənilməsinə, açıq qalan məsələlərin həllinə hesablanmışdı.

İlham Əliyevin dekabrın 15-də Brüsseldə Nikol Paşinyanla keçirəcəyi görüşqabağı “Zəngəzur cədvəli”nə vurğu etməsi Bakının əlinin gücləndiyinin indikatorudur.

İlham Əliyev əslində qeyd edir ki, yəni, o, Brüssel danışıqlarında da Qərb siyasi platformalarının önündə Paşinyana qrafik məsələsini xatırladacaq.

Prezidentin Vətən müharibəsi zamanı etdiyi çıxışla analogiya aparması da diqqət çəkir:

“Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”.

İndi Zəngəzur koridoru kontekstində tarix istəməsi o anlama gəlir ki, Bakı ya güc yolu ilə, ya da konstruktiv dialoqla istədiyinə nail olacaq.

Güc yolu deyilərkən, əslində Azərbaycanın bütün hərbi resurslarını “Zəngəzur yolunda” xərcləyəcəyini də düşünmək olmaz. Sadəcə Azərbaycan ordusunun bəlli bir resursu kifayət edər ki, güc yolu ilə nəticə hasil etsin.

Çünki:

1. Ermənistan ordusunda müqavimət göstərməkdən ötrü psixoloji hazırlıq, döyüş hazırlığı yoxdur. Hərbi arsenalı isə darmadağın vəziyyətdədir. Ümumi ordu arsenalında olan silahları isə Azərbaycan ordusunun bir korpusunun silahları qarşısında acizdir.

2. Azərbaycan postmünaqişə dövründə mühüm strateji ərazilərdə mövqelənib və bu mövqelər dəhlizin açılması üçün Bakının şərtlərini ön planda saxlayır.

Diplomatik və siyasi müstəvidə, qlobal çəkişmə kontekstində yanaşsaq da, deyə bilərik ki, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər təqdim etdiyindən bunu dəstəkləyənlər çoxdur.

Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Çin, Avropa İttifaqı, Britaniya bu dəhlizi birmənalı dəstəkləyir.

İkili yanaşmalar nümayiş etdirənlər də var, amma bu, nəticəyə təsir edəcək səviyyədə deyil.

NƏTİCƏ olaraq deyə bilərik:

1. Azərbaycan diplomatik yolla hədəfinə çatacaq. Bunun üçün istər Rusiya, istərsə də Qərblə apardığı danışıqlarda Ermənistana basqı yaradılması üçün formulları təqdim etməyə davam edəcək.

2. Hərbi yolla hədəfi vurmağa gəlincə, buna cəmi bir neçə gün lazımdır. Başqa sözlə, bu, Ermənistan üçün də tarixi şansdır.

3. Əvvəlki çıxışlarda qrafik məsələsinə vurğu edilmirdi. İndi isə cədvəl amilinin qabardılması onu deməyə əsas verir ki, Azərbaycan Ermənistan üzərində daha bir baryeri aşıb.

Aqşin Kərimov //oxu.az//

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31