Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilərAzərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə də münasibət bildirib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bu dəhlizin açılmasının yeni fürsətlər ortaya çıxaracağını vurğulayaraq deyib: “Bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır.

Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik".

Zəngəzur dəhlizinin Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə biləcəyini xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər.

Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”.

Son xəbərlər

Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb

Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib

Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib

Cəbrayılda siqaret istehsal ediləcək

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib

Ceyrançöldə laləlik - Təbiətsevərlər üçün cəlbedici mənzərə

Eminemin ilk albomu rekord qiymətə satıldı

"Çağlaya qəbiristanlıqda evlilik təklifi etdim" - Emre Altuğ (FOTO)

Bakıda 2 qadın pəncərədən yıxıldı, biri öldü

Yusuf Güney ev dustağı oldu

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

Azərbaycanda yeni universitet yaradıla bilər

“Astana" komandasının velosipedçisi: Qarşıda bizi iki ağır mərhələ gözləyir

Qəlbimizin hərarəti...

BİR AD GÜNÜ TƏBRİKİ... Mərziyə Sarvan - FOTOLAR

İran ətrafındakı münaqişənin başlanmasından bəri Azərbaycandan neft daşıyan tanker Yaponiyaya çatıb

Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb

Azərbaycan nefti cüzi bahalaşıb

Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Fransada terror aktı planlaşdırmaqda şübhəli bilinən tunisli həbs edilib

TƏRANƏ MƏFTUN : KEÇİR - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031