DİQQƏT! Bu rayonların adında DƏYİŞİKLİK EDİLDİ- ADLARNazirlər Kabineti bir sıra qərarlarda dəyişiklik edib.

Turaztv.az xəbər verir bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

“Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Qərara 7 nömrəli əlavə - “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nda aşağıdakı dəyişikliklər edilib:

“Azərbaycanın iqtisadi rayonlarında” sözləri “Azərbaycan Respublikasının ərazisində” sözləri ilə; “İqtisadi rayonlar” sütununda “İqtisadi rayonlar” sözləri “Azərbaycan Respublikasının ərazisi üzrə:” sözləri ilə əvəz edilib.

Eyni zamanda 1-ci bənddə “Səbayel” sözü “Səbail” sözü ilə, “Əzizbəyov” sözü “Xəzər, Pirallahı” sözləri ilə əvəz olunub.

“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndində verilmiş cədvəlin 12-ci hissəsinin “Ödənişin məbləği” sütununda “Abşeron və Aran” sözləri “Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan” sözləri ilə, “Yuxarı Qarabağ” sözləri “Qarabağ” sözü ilə və “Lənkəran, Gəncə-Qazax” sözləri “Lənkəran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz” sözləri ilə əvəz olunub.

“Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun 4 nömrəli cədvəlinin 2-ci hissəsinin “Respublikanın, bölgələrin adları” sütununda “Yuxarı Qarabağ” sözləri “Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları” sözləri ilə əvəz olunub.

Son xəbərlər

İrandakı müharibədə ölənlərin sayı açıqlandı

Premyer Liqa: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib

Naxçıvanda direktor müavini vəfat etdi

Unutqanlıq xəstəliyi, yaddaş zəifliyi nədən olur? – Amneziya

Nazir bürünc medal qazanan cüdoçunu təbrik edib

Emin bütün qonorarını onlara bağışladı

Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir - YENİLƏNİB

“Qalatasaray” qızıl dəyərində 3 xal qazanıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BİZİM EVDƏ TURQUT OZAL BÖYÜYÜR - FOTOLAR

LİLPAR CƏMŞİDQIZI : QƏZƏL

Meloni Azərbaycana gələcək

RUHUN SƏSSİZ ETİRAFLARI… - FOTOLAR

Həyatımızı idarə edən hormon - KORTİZOL

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib

Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma

DTX və DSX-dən əməliyyat, saxlanılan var - FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada - FOTO

Bu il kim olacaq? - 36 illik ənənə - FOTOLAR

Mənsur İbrahimli VƏFAT ETDİ - FOTO

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

İran hava məkanını açır

Türkiyədə daha bir məktəb faciəsi - Ölənlər var

Mehriban Əliyeva qızı ilə Antalyada panelə qatıldı - Fotolar

Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930